• $
  • £

Yeni Gəncə qəsəbəsindəki attraksionlarda nöqsanlar aşkarlanıb

Yeni Gəncə qəsəbəsindəki attraksionlarda nöqsanlar aşkarlanıb
03.04.2025 13:02

Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Elnur Cəfər oğluna məxsus attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Bu barədə Fövqəlada Hallar Nazirliyindən bildirilib. 

Agentliyin müfəttişləri tərəfindən Gəncənin Yeni Gəncə qəsəbəsində yerləşən parkda fəaliyyət göstərən fərdi sahibkar Məmmədov Elnur Cəfər oğluna məxsus attraksionlarda plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Parkda fəaliyyət göstərən 20 ədəd attraksionun torpaqlanma konturunun və qidalandırıcı yumşaq naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülmədiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Son zəng” iyunun 13-də keçiriləcək
Cəmiyyət 19:51
“Son zəng” iyunun 13-də keçiriləcək
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir
Cəmiyyət 19:29
53 nömrəli şəhərdaxili marşrut üzrə bütün avtobuslar yenilənir
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Cəmiyyət 18:30
Azad edilmiş ərazilərdə daha bir qrup şəxs üçün kiçik bizneslər qurulub
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Cəmiyyət 17:43
Tramp İrandan həbsdəki qadınların azad olunmasını xahiş edib
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib
Cəmiyyət 17:30
Sumqayıt faciəsi çoxuşaqlı ailələrin müdafiə mexanizmlərini gündəmə gətirib

Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb
Cəmiyyət 17:20
Bakı metrosunda baş verən hadisəyə görə iki nəfər xəstəxanaya aparılıb

Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb
Cəmiyyət 17:04
Ölkə üzrə aprelin pensiya ödənişləri yekunlaşıb
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb- DİN-dən Açıqlama
Cəmiyyət 17:00
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb- DİN-dən Açıqlama
Bakı metrosunda ehtiyat generatorlar nə üçün işə düşməyib?
Cəmiyyət 16:18
Bakı metrosunda ehtiyat generatorlar nə üçün işə düşməyib?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol