• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?- RƏY

Vaşinqtonun yeni tarifləri Azərbaycana necə təsir edəcək?- RƏY
03.04.2025 16:28

ABŞ 185 ölkəyə idxal olunan məhsullara gömrük rüsumu tətbiq edib.  Ağ Ev rüsumun tətbiq olunduğu ölkələrin siyahısını açıqlayıb. 

ABŞ Moldovadan idxal olunan  mallara 31% (Moldova  ABŞ-dan alınan mallara 61% rüsum tətbiq edib), Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan  - 10% ( 10%)  Qazaxıstandan  - 27% rüsum tətbiq eidəcək.

Bundan başqa, Əfqanıstan, Braziliya, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və  Böyük Britaniyadan idxal edilən mallara 10%, İsraildən - 17%, İraqdan - 39%,Suriyadan - 41%, Cənubi Afrikadan - 30% rüsum tətbiq ediləcək.

Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə,  yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullarının qiymətinə təsir edəcək. 

"Ötən il ondan əvvəlki il ilə müqayisədə Azrbaycandan ABŞ-a idxal 1.8,  Birləşmiş Ştatlardan ixrac isə  8.4 dəfə artıb. Yəni, ixracatımızın az olmasına baxmayaraq artım dinamikası çox yüksəkdir. Təbii ki, yeni tariflər daha çox qeyri neft-qaz ixrac məhsullının qiymətinə təsir göstərir. 2024-cü ildə qeyri neft-qaz məhsulları üzrə ABŞ-a ixracatımız 134 milyon 663 min dollar olub. Azərbaycan mənşəli qeyri neft-qaz məhsulları üzrə isə 55 milyon 949 min dollarlıq ixrac qeydə alınıb",  -  Bayramov bildirib.

Deputat vurğulayıb ki,  Azərbaycanın Birləşmiş Ştatlara qeyri neft-qaz ixracatı böyük  olmasa da  mal qrupları üzrə çoxşaxəlidir. 

" Vaşinqtonun tarifləri Azərbaycanın ABŞ-a ixracata ciddi təsir göstərməsə də ümumi artım dinamikasına təsir edə bilər. Sözsüz, bütün hallarda yeni tarif yeni xərc deməkdir. Yəni, Birləşmiş Ştatlara ümumi ixracatımızdakı artım faizinin azalacağı istisna deyil",- deputat əlavə edib.

2024-cü ildə Azərbaycanda ABŞ-dan 1 milyard 617 milyon dollarlıq mal idxal edilib. Bu ölkəyə ixrac isə cəmi  135 milyon 30 min dollar olub.

İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, Amerikanın idxal mallarına rüsum tətbiq etməsi Azərbaycan üçün o qədər də əhəmiyyətli deyil.

"Rüsum tətbiq edilən ölkələrin siyahısına baxanda görürük ki, Azərbaycan bu siyasətin hədəfi olan ölkələr arasında yer almır. Çünki siyahıda minumum rüsum 10 faizdir. Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə də 10 faizlik rüsum kateqoriyasına düşüb. Azərbaycanın Amerikaya mal ixracatı yüksək səviyyədə deyil. Odur ki, bu artım  Azərbaycan iqtisadiyyatına təsir etməyəcək",- eskpertvurğulayıb. 

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
İqtisadiyyat 15:53
Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
İqtisadiyyat 15:53
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
İqtisadiyyat 12:20
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:34
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
İqtisadiyyat 07:30
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
İqtisadiyyat 19:58
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
İqtisadiyyat 18:57
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol