• $
  • £

"Bakı Fond Birjası"nın dövriyyəsi 18 milyard manata yaxınlaşıb

"Bakı Fond Birjası"nın dövriyyəsi 18 milyard manata yaxınlaşıb
03.04.2025 15:47

2025-ci ilin birinci rübündə "Bakı Fond Birjası"nın (BFB) dövriyyəsi 17,84 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə çoxdur. Bu barədə  fonddan bildirilib.

Cari ildin yanvar-martında bağlanmış əqdlərin sayı 7 450-yə yüksəlib. Bu isə son bir ildə 2,4 dəfə artım deməkdir.

BFB-nin dövriyyəsinin 93,7 %-i və yaxud 16,7 milyard manatı repo əməliyyatlarının payına düşüb. Repo əməliyyatları bu dövrdə 3,4 dəfə artıb.

Hesabat dövründə, dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 9,6 dəfə azalaraq 228,1 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 92,3 % artaraq 900,63 milyon manat olub.

Azərbaycanda fəaliyyət göstərən əsas fond birjası olan "Bakı Fond Birjası" Qapalı səhmdar cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır.
 
BFB 1997-ci ildə təsis edilib və yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılmasıdır. 

Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində çıxış edən  "Bakı Fond Birjası" QSC-nin yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. Birjada səhm və istiqraz kimi korporativ qiymətli kağızların, Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları kimi dövlətin borc kağızlarının ticarəti və REPO əməliyyatları həyata keçirilir.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol