• $
  • £

Kapital Bank-ın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı başa çatdı

Kapital Bank-ın dəstəyi ilə “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika
çempionatı başa çatdı
03.04.2025 16:25

Ötən gün “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə?
Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət
olan çempionatın seçim turu onlayn formatda baş tutub.


Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı,
Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39
komanda iştirak edib.


Finalçıların bilikləri 3 tur olmaqla ümumilikdə 36 sualla sınağa çəkilib. Final oyunun
nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasında Bakı şəhəri Humanitar fənlər
təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası çempionatın üçüncüsü
seçilib. Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team”
komandası ikinci yerdə qərarlaşıb. Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin
“Birlik” komandası isə bilik yarışında birinci ola bilib.


X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə üçüncü yerə Sumqayıt şəhəri Təbiət
elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası sahib çıxıb. Şirvan şəhəri 1
nömrəli tam orta məktəbin “Moonlight” komandası ikinci seçilib, Bakı şəhəri 287
nömrəli “Zəkalar” liseyinin “Zəkalar Sr” komandası isə birincilik adına layiq olub.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.


Qeyd edək ki, məktəblilərin intellektual platforması olan “Nə? Harada? Nə zaman?”
oyunu “Təhsil oyunları platforması” layihəsi çərçivəsində 2020-ci ildən etibarən Elm və
Təhsil Nazirliyinin təşkilatçılığı, Kapital Bank-ın dəstəyi ilə həyata keçirilir.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın
məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı
sifarişi üçün — //kbl.az/prcrc.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol