• $
  • £

Azərbaycan Avropaya qaz ixracını artırmaq potensialına malikdir - Əliyev

Azərbaycan Avropaya qaz ixracını artırmaq potensialına malikdir - Əliyev
04.04.2025 11:37

Avropanın iddialı “yaşıl gündəmi”nə baxmayaraq, bərpaolunmayan enerji resurslarının istehsalçılarını və onların qlobal enerji təhlükəsizliyindəki mühüm rolunu unutmaq və ya arxa plana keçirmək olmaz. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Cənub Qaz dəhlizi məşvırət Şurası çərçivəsində nazirləein 11-ci iclasında bildirib. 

“ Biz  bu mesajı Azərbaycan olaraq fəxrlə ev sahibliyi etdiyimiz COP29 tədbirində də verdik. Qeyd etdik ki, bərpaolunmayan enerji resursları ilə zəngin ölkələrlə belə imkanları olmayan ölkələr arasında ayrı-seçkilik olmamalı, süni xətt çəkilməməlidir. Əksinə, həm bərpaolunmayan resurslara malik olan, həm də eyni zamanda bərpa olunan enerji mənbələrinə sərmayə qoyan ölkələr tənqid yox  təqdir olunmalıdır”, - Əliyev bildirib. 

Onun sözlərinə görə,  uzunmüddətli müqavilələr də son dərəcə vacibdir, çünki neft və qaz layihələri böyük investisiyalar tələb edir və özünü yalnız uzun illər ərzində doğruldur. 

“Bu günə qədər ölkə olaraq Cənub Qaz Dəhlizinə etdiyimiz sərmayələr hələ də özünü tam ödəməyib. Buna görə də əmin olmalıyıq ki, qazımız hələ uzun illər əsas bazarımız olan Avropada tələb olunacaq. Belə bir zəmanət olmadıqda, nə dövlət, nə də investorlar yeni investisiyalara getməyəcək və bu, təbii qazın çatışmazlığına gətirib çıxara bilər”, - Əliyev vurğulayıb. 

O həmçinin hazırda qaz ehtiyatlarını artırmaq üçün Abşeron yatağında hasilatın ikinci mərhələsinin genişləndirilməsi üzrə danışıqların son mərhələdə olduğunu bildirib. Bu mərhələdə qqz hasilatı  ildə 1.5-3 milyard kubmetrə kimi artırılacaq.

“Bütün bunlar realdır, lakin iki əsas şərtin yerinə yetirilməsi vacibdir”, - Əliyev vurğulayıb.

O həmçinin Azərbaycanın hazırda Avropanın 12 ölkəsinə qaz ixrac etdiyini bildirib. 


N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol