• $
  • £

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş olaraq mövqeyini gücləndirir

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əsas tərəfdaş olaraq mövqeyini gücləndirir
04.04.2025 11:52

Təbii qaz və bərpa olunan enerji sahəsində atdığı addımlarla Azərbaycan Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirir. Son illərdə qaz ixracını əhəmiyyətli dərəcədə artıran ölkə, həmçinin yaşıl enerji dəhlizlərinin yaradılması üzrə təşəbbüslərlə çıxış edir. Bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov Cənub Qaz dəhlizi məşvırət Şurası çərçivəsində nazirləein 11-ci iclasında bildirib. 

Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycandan Avropaya qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, 2023-cü ildə bu göstərici 12,9 milyard kubmetrə çatıb və  58 faiz artım qeydə alınıb. 

2024-cü ildə qaz ixracının 51 faizi Avropaya, 39 faizi Türkiyəyə və 10 faizi Gürcüstana yönəldilib.

“Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş imicini qoruyub saxlaması və Cənub Qaz Dəhlizi layihəsinin uğurla davam etməsi Avropa ölkələrinin əlavə 14 milyard kubmetr Azərbaycan qazına tələbin yaratmasına səbəb olub. Bu tələbatı ödəmək üçün beş yeni yatağın işlənməsi və boru kəmərlərinin genişləndirilməsi planlaşdırılır”, - Şahbazov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər 2,7 QVt gücündə bərpa olunan enerji istehsal etməyi hədəfləyir. Bu, ildə 1,5 milyard kubmetr qazın ixrac üçün azad edilməsinə imkan verəcək.

Hazırda Azərbaycan və tərəfdaş ölkələr Xəzər–Qara dəniz–Avropa,Mərkəzi Asiya–Azərbaycan, Azərbaycan–Türkiyə, Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan dəhlizi ilə qqz 

“Bu dəhlizlər vasitəsilə Azərbaycan Mərkəzi Asiya və Xəzər regionunu Avropa enerji şəbəkəsinə birləşdirməyə çalışır. Bu isə bölgədə enerji sabitliyi və keçidin sürətlənməsi üçün mühüm addım hesab olunur”,- Şahbazov deyib. 

N. Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol