• $
  • £

Dünyanın ən varlı insanları ABŞ-ın rüsumlarından sonra bir gündə 208 milyard dollar itirib

Dünyanın ən varlı insanları ABŞ-ın rüsumlarından sonra bir gündə 208 milyard dollar itirib
04.04.2025 13:24

ABŞ prezidenti Donald Trampın elan etdiyi idxal tariflərinin qlobal bazarlarda kəskin ucuzlaşmaya səbəb olmasından sonra dünyanın 500 ən varlı şəxsinin ümumi sərvəti bir gündə 208 milyard dollar azalıb. Bu barədə Bloomberg məlumat yayıb.

Bu,   indeksin 13 illik tarixində dördüncü ən böyük bir günlük enişi və COVID-19 pandemiyasından bəri ən əhəmiyyətli eniş  hesab olunur.

Hesabatda qeyd olunub ki, siyahıdakı milyarderlərin yarısından çoxunun sərvətləri orta hesabla 3,3% azalıb.

Hesablamalar göstərir ki, ən çox amerikalı milyarderlər, xüsusilə də Meta Platforms Inc.baş direktoru Mark Zukerberq və Amazon-un qurucusu Ceff Bezos zərər çəkib.

Hesabata görə, Zukerberq Metanın səhmlərinin 9% azalması onun sərvətini 17,9 milyard dollar azaldıb. Amazon səhmləri də 9% ucuzlaşaraq Jeff Bezosun xalis sərvətini 15,9 milyard dollar azaldıb. Tesla-nın baş direktoru Elon Musk şirkətinin səhmləri 5,5% ucuzlaşdıqdan sonra 11 milyard dollar itirib.

Aprelin 2-də Tramp 185 ölkə və ərazidən gələn mallara idxal rüsumlarının tətbiq ediləcəyini açıqlayıb. O, müəyyən ölkələr üçün xüsusi tariflər təyin edilməklə, idxal olunan məhsullara minimum 10% tarif dərəcəsinin tətbiq ediləcəyini bildirib. 
 
Aytac
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrandakı hədəflərə qarşı 12 mindən çox əməliyyat həyata keçirilib
Dünya 23:41
İrandakı hədəflərə qarşı 12 mindən çox əməliyyat həyata keçirilib
İran prezidenti Amerika xalqına məktub ünvanlayıb
Dünya 23:24
İran prezidenti Amerika xalqına məktub ünvanlayıb
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Dünya 22:31
Zelenski Stiven Uitkoff və Mark Rütte ilə telefon danışığı aparıb
Rusiya Ayda araşdırmalar aparacaq
Dünya 22:06
Rusiya Ayda araşdırmalar aparacaq
Sarqsyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
Dünya 21:15
Sarqsyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Dünya 20:45
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
Dünya 20:09
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Dünya 19:40
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Dünya 18:39
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol