• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

"Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib

"Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib
04.04.2025 15:04

Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə də xüsusi önəm verən “Nar” Dövlət Peşə Agentliyi və “Sustainera Solutions” şirkətiylə birgə Peşə Təhsili üzrə Müəssisələrin müəllimləri üçün mobil rabitə avadanlıqlarına dair xüsusi təlim keçirib. İki gün davam edən bu təlim müəllimlərin müasir telekommunikasiya texnologiyaları barədə biliklərini artırmağa və bu sahədə praktiki bacarıqlar qazanmalarına imkan yaradıb.

Təlimin ilk günündə iştirakçılar rabitə avadanlıqlarının texniki əsasları barədə nəzəri biliklər əldə ediblər. İkinci gün isə mobil operatorun əsas şəbəkə və radio şəbəkə avadanlıqları ilə vizual tanış olub, praktiki məşğələlər keçiblər. “Nar”ın texniki heyəti tərəfindən hazırlanan bu təlim proqramında 10 müəllim iştirak edib və onlar mobil rabitə sistemlərinin quruluşu, şəbəkə infrastrukturu və iş prinsipləri kimi mövzular üzrə biliklərə yiyələniblər.

“Nar” bu təşəbbüs çərçivəsində ölkədə texniki peşə təhsilinin inkişafına töhfə verməyi və rabitə sahəsində çalışan mütəxəssislərin yetişdirilməsinə dəstək olmağı hədəfləyir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu il 24 uşaq himayədar ailələrə verilib
Cəmiyyət 14:27
Bu il 24 uşaq himayədar ailələrə verilib
Hacı Vəliyevin həbs müddəti uzadılıb
Cəmiyyət 13:15
Hacı Vəliyevin həbs müddəti uzadılıb
Əxlaqsızlıqda təqsirli bilinən 85 yaşlı molla həbs edilib
Cəmiyyət 12:42
Əxlaqsızlıqda təqsirli bilinən 85 yaşlı molla həbs edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
Kürdə suyun səviyyəsi artıb
Cəmiyyət 11:40
Kürdə suyun səviyyəsi artıb
Hesablama Palatası Elm və Təhsil Nazirliyində bir sıra nöqsanlar aşkarlayıb
Cəmiyyət 10:22
Hesablama Palatası Elm və Təhsil Nazirliyində bir sıra nöqsanlar aşkarlayıb
Son bir gündə kart hesablarından 52 min manata yaxın vəsait oğurlanıb
Cəmiyyət 10:01
Son bir gündə kart hesablarından 52 min manata yaxın vəsait oğurlanıb
27 apreldə keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə xəbərdarlıq edilib
Cəmiyyət 09:56
27 apreldə keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə xəbərdarlıq edilib
Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
Cəmiyyət 09:25
Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol