• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb
04.04.2025 17:06

İstirahət günlərində, yəni aprelin 5 və 6-sı milli parklarda hava əsasən yağmursuz olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən Abşeron Milli Parkına səyahət edənləri əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin aprelin 5-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14, gündüz 18-23° isti olacaq.

Göygöl Milli Parkına səyahət edənləri də xoş əhval ruhiyyəli, əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin gündüz saatlarında arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20° isti olacaq.

Şahdağ Milli Parkında isə turistləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin 5-də gündüz qısamüddətli yağıntı olacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 17-22° isti olacaq.

Altıağac Milli Parkında da hava yağmursuz olacaq. Lakin 5-də axşama doğru arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 15-20° isti olacaq.

Samur-Yalama Milli Parkına da eyni hava şəraitini şamil etmək olar. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23° isti olacaq.

Şirvan Milli Parkında da ziyarətçiləri sabit, yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də gündüz arabir yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək. 

Havanın temperaturu gecə 9-14, gündüz 19-24° isti olacaq.

Ağgöl Milli Parkına səfər edənləri də əsasən yağmursuz hava gözləyir. Mülayim qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 20-25° isti olacaq.

Qızılağac Milli Parkının səyahətçiləri əsasən yağmursuz hava şəraiti gözləsə də, lakin 5-i gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 20-24° isti olacaq.

Hirkan Milli Parkında əsasən hava yağmursuz olsa da, lakin gündüz saatlarında arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 20-24° isti olacaq.

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkına səfər edən ziyarətçiləri də əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 5-də gündüz qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 20-25° isti olacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
5 uşaqlı anaların diqqətinə - 59 yaşında pensiyaya çıxa biləcəksiniz!
Cəmiyyət 16:45
5 uşaqlı anaların diqqətinə - 59 yaşında pensiyaya çıxa biləcəksiniz!
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 15:43
Bu yollarda hərəkət məhdudlaşdırılacaq
İndiyə kimi 44 uşaq himayədar ailələlərə verilib
Cəmiyyət 14:27
İndiyə kimi 44 uşaq himayədar ailələlərə verilib
Hacı Vəliyevin həbs müddəti uzadılıb
Cəmiyyət 13:15
Hacı Vəliyevin həbs müddəti uzadılıb
Əxlaqsızlıqda təqsirli bilinən 85 yaşlı molla həbs edilib
Cəmiyyət 12:42
Əxlaqsızlıqda təqsirli bilinən 85 yaşlı molla həbs edilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:25
Sabahın hava proqnozu açıqlanıb
Kürdə suyun səviyyəsi artıb
Cəmiyyət 11:40
Kürdə suyun səviyyəsi artıb
Hesablama Palatası Elm və Təhsil Nazirliyində bir sıra nöqsanlar aşkarlayıb
Cəmiyyət 10:22
Hesablama Palatası Elm və Təhsil Nazirliyində bir sıra nöqsanlar aşkarlayıb
Son bir gündə kart hesablarından 52 min manata yaxın vəsait oğurlanıb
Cəmiyyət 10:01
Son bir gündə kart hesablarından 52 min manata yaxın vəsait oğurlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol