• $ 1.7
  • € 1.9315
  • ₽ 2.042
  • ₺ 0.0446
  • £ 2.2456

Bakı Konqres Mərkəzində problem yaranıb, tədbirlər təxirə salınıb

Bakı Konqres Mərkəzində problem yaranıb, tədbirlər təxirə salınıb
06.04.2025 12:56

Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.Bu barədə Mərkəz məlumat yayıb.

Məlumata görə, aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.

Təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə “Auditoriya” zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.

Təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.

Qeyd olunur ki, artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.

Bildirilib ki, texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Valideynlərin və hərbi xidmətdə olan gənclərin NƏZƏRİNƏ!
Cəmiyyət 23:13
Valideynlərin və hərbi xidmətdə olan gənclərin NƏZƏRİNƏ!
Giriş məlumatlarınız oğurlana bilər - DVX-dən XƏBƏRDARLIQ
Cəmiyyət 22:13
Giriş məlumatlarınız oğurlana bilər - DVX-dən XƏBƏRDARLIQ
Metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər ediləcək
Cəmiyyət 21:55
Metroda tunel tikintisi ilə əlaqədar ictimai nəqliyyatda dəyişikliklər ediləcək
AYNA taksidən istifadə edənlərə müraciət edib
Cəmiyyət 21:10
AYNA taksidən istifadə edənlərə müraciət edib
DİN-dən ÇAĞIRIŞ: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO
Cəmiyyət 20:39
DİN-dən ÇAĞIRIŞ: Dəqiqələr itirmirsən, illər bağışlayırsan! - VİDEO
Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
Cəmiyyət 20:16
Madat Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Cəmiyyət 19:44
Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri nümayəndələrinin görüşü olub
Cəmiyyət 18:55
Azərbaycan və Qazaxıstan Hərbi Hava Qüvvələri nümayəndələrinin görüşü olub
Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video
Cəmiyyət 18:12
Yağışın yaratdığı fəsadlar aradan qaldırılır - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol