• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq

Birbank Filip Kotlerin “Müasir Marketinqin Əsasları” kitabında yer alacaq
07.04.2025 17:06

Birbank dünya şöhrətli marketinq mütəxəssisi Filip Kotlerin yeni hazırlanmaqda olan
“Müasir Marketinqin Əsasları” (Essentials of Modern Marketing-EOMM) kitabının
Azərbaycan nəşrində yer alacaq. Kitabda Birbank-ın Azərbaycanda rəqəmsal bankçılığın
inkişafında oynadığı əhəmiyyətli rol və təqdim etdiyi innovativ həllərin yerli müştəri
davranışlarına və rəqəmsal maliyyə savadlılığına təsiri geniş şəkildə təhlil ediləcək.


100 ölkəni əhatə edən “Müasir Marketinqin Əsasları” kitabı dünyanın müxtəlif
bölgələrindən real biznes nümunələri ilə zənginləşdirilmiş nüfuzlu bir vəsaitdir. Kitabda
brend idarəçiliyi, məhsulun bazara çıxarılması, qiymət strategiyaları, marketinq
kommunikasiyaları və rəqəmsal transformasiyanın marketinq strategiyalarına təsiri kimi
mövzular geniş şəkildə araşdırılır. Kotler rəqəmsal texnologiyaların müştəri davranışına
və marketinq yanaşmalarına necə təsir etdiyini izah edərkən, lokal bazarlarda innovativ
həllərin sosial və iqtisadi dinamikaya gətirdiyi dəyişikliklərə də toxunur. Qeyd edək ki,
“Kotler Impact”in MDB ölkəkələrindəki eksklüziv nümayəndəsi olan “AWE Consulting”
kitabın yaranma prosesində mühüm rol oynayır və təqdim olunan marketinq
nümunələrinin dəyərləndirməsinə böyük töhfə verir.


Birbank-ın bu kitabda yer alması təqdim edilən rəqəmsal həllərin yerli maliyyə bazarında
müştəri davranışlarına təsir gücünü lokal və qlobal auditoriyaya nümayiş etdirmək
baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə, bankın müştərilərlə kommunikasiya
tərzi, maliyyə savadlılığının artırılmasına yönəlmiş kampaniyaları və innovativ xidmətləri
kitabda lokal davranış dəyişikliyini formalaşdıran marketinq strategiyaları kontekstində
təqdim ediləcək.


Birbank-ın sözügedən kitabda yer alması ilə bağlı fikirlərini bölüşən Kapital Bank-ın
İdarə Heyətinin Sədri Fərid Hüseynov bildirib: “Filip Kotler kimi dünya marketinq
elminin rəmzi olan bir mütəxəssisin kitabında yer almaq bizim üçün təkcə qürurverici
hadisə deyil, eyni zamanda böyük bir məsuliyyətdir. Hazırda ənənəvi bank xidmətlərinin
təmin olunması ilə yanaşı, bankımız həm də insanlara yeni maliyyə vərdişləri qazandırır.
Müştərilərimizin gündəlik maliyyə davranışlarına əsaslanan müasir texnologiyalar tətbiq
etməklə isə bank xidmətlərini daha da asan və əlçatan edirik. Bu, həm də bankımızın
ölkəmizdə rəqəmsal bankçılıq vərdişlərinin formalaşmasına verdiyi töhfəsidir. “Müasir
marketinqin əsasları” kitabında yer alaraq bankımızın son 5 ildəki uğur yolunu gənc
nəsillərlə və biznes peşəkarları ilə bölüşmək fürsəti bizi yeniliklərə daha da
ilhamlandırır”.


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan
çox aktiv istifadəçisi olan mobil tətbiqi, 119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda
ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin
birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə

daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/
saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
İqtisadiyyat 15:53
Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
İqtisadiyyat 15:53
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
İqtisadiyyat 12:20
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:34
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
İqtisadiyyat 07:30
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
İqtisadiyyat 19:58
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
İqtisadiyyat 18:57
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol