• $
  • £

Natiq Mustafayev Socar Trading-in baş icraçı direktoru təyin edilib

Natiq Mustafayev Socar Trading-in baş icraçı direktoru təyin edilib
08.04.2025 10:19

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İsveçrədə yerləşən treydinq törəmə şirkəti Socar Trading-in baş icraçı direktoru vəzifəsinə Natiq Mustafayev təyin edilib. Bu barədə SOCAR məlumat yayıb. 

Mustafayev bu vəzifəyə aprelin 7-dən başlayıb və 2018-ci ildən bu vəzifəni icra edən Məryəm Almaszadəni əvəz edib.

Almaszadə bundan sonra ana şirkət olan SOCAR Groupda baş müşavir kimi fəaliyyət göstərəcək.

Mustafayev Socar Trading-ə 2024-cü ilin sentyabrında baş kommersiya strategiyası üzrə direktor kimi qoşulub. O, daha əvvəl Credit Suisse və ABŞ-ın Barings şirkətində çalışıb.

"Biz SOCAR Trading-in qlobal miqyasda fəaliyyət dairəsini genişləndirmək və məhsullar, həmçinin coğrafiyalar üzrə portfelimizi şaxələndirmək niyyətindəyik", –  Mustafayev şirkətin bəyanatında bildirib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol