• $
  • £

Türkiyədə yumurtanın qiyməti iki dəfə bahalaşıb

Türkiyədə yumurtanın qiyməti iki dəfə bahalaşıb
08.04.2025 12:59

Türkiyədən ABŞ və bir sıra digər ölkələrə böyük həcmdə toyuq yumurtası ixracı ölkə daxilində bu məhsulun qiymətlərinin kəskin artmasına səbəb olub.

Ekonomim qəzetinin yazdığına görə, 2024-cü ilin dekabrından bəri daxili bazarda 30 ədədlik yumurtanın qiyməti orta hesabla 120 lirədən 250 lirəyə (3,3 dollardan 6,6 dollara) kimi artıb. 

Bəzi satış məntəqələrində isə 30 yumurtanın qiyməti 8 dollardır.. “Orqanik” nişanı daşıyan yumurtanın  30 ədədi 11 dollardan baha satılır. Sektor təmsilçiləri bildirir ki, ölkədə yumurta istehsalında problem olmasa da, topdan satış və pərakəndə qiymətlər arasında fərq artır və bunun əsas səbəbi ixracdır. Xüsusilə ABŞ bazarına böyük həcmdə toyuq yumurtası göndərilir.

ABŞ-da bu məhsula tələbat yüksək olaraq qalır və 2024-cü ildə Türkiyədən təxminən 74,4 milyon ədəd yumurta alınıb.

Qəzetin məlumatına görə, mövcud razılaşmalara əsasən, 2025-ci ilin iyuluna qədər ABŞ-a ümumilikdə 15 min ton (təxminən 280 milyon ədəd) yumurta göndərilməsi planlaşdırılır. Bu ixrac Türkiyəyə təqribən 26 milyon dollar gəlir gətirəcək.

İstehsalçılar bildirir ki, yumurtanı xüsusilə ABŞ-a ixrac etmək daxili bazarla müqayisədə həm daha sərfəlidir, həm də daha asandır. Ölkə daxilində bir yumurtanın topdansatış qiyməti təxminən 3 lirə (təxminən 0,07–0,08 dollar) olsa da, mağazalarda qiymət 9 lirəyə (təxminən 0,30 dollar) qədər yüksəlir. Bu fərq vasitəçilər səbəbindən yaranır və istehsalçılar üçün əlverişli deyil.

Digər tərəfdən, istehsalçılar deyir ki, ABŞ alıcıları qiymətlərə əhəmiyyət vermədən məhsul alırlar, çünki bu ölkədə yumurta bazarında böhran yaşanır. İxrac həm də ona görə sərfəlidir ki, istehsalçı ödənişi əvvəlcədən tam şəkildə alır və geri qaytarmalarla bağlı problem yaşamır. Daxili bazarda isə ödənişlər, mövcud qaydalara əsasən, 3–4 ay sonra həyata keçirilir.

Qeyd edilir ki, qış mövsümündə Türkiyədə yumurta istehsalı təbii səbəblərlə bir qədər azalır. Buna görə tənzimləyici qurumlar ixracı məhdudlaşdırmaq üçün subsidiyaların azaldılması yoluna gedib. Lakin bu tədbir qiymət artımının qarşısını almaqda yetərli olmayıb, çünki xüsusilə ABŞ-dan olan tələbat yüksək olaraq qalır.

ABŞ-la yanaşı, son zamanlar Türkiyədən toyuq yumurtası Braziliya və Cənubi Koreyaya da ixrac edilir. Bundan əlavə, ölkə BƏƏ, Qətər, İraq, Oman və Suriyaya da böyük həcmdə bu məhsulu satır. ABŞ-ın Türkiyə ixracına 10%-lik rüsum tətbiq etməsi nəticəsində yumurta qiymətlərinin təkcə xarici bazarda deyil, daxili bazarda da artacağı gözlənilir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya Ayda araşdırmalar aparacaq
Dünya 22:06
Rusiya Ayda araşdırmalar aparacaq
Sarqsyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
Dünya 21:15
Sarqsyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Dünya 20:45
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
Dünya 20:09
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Dünya 19:40
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Dünya 18:39
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Tramp: İran ABŞ-dan atəşkəs istəyib
Dünya 17:51
Tramp: İran ABŞ-dan atəşkəs istəyib
İranın zərbələri nəticəsində BƏƏ-də yaralananların sayı açıqlanıb
Dünya 17:18
İranın zərbələri nəticəsində BƏƏ-də yaralananların sayı açıqlanıb
Lukaşenko: Belarus müharibə istəmir, amma buna hazırlaşır
Dünya 15:03
Lukaşenko: Belarus müharibə istəmir, amma buna hazırlaşır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol