• $
  • £

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın

Birbank QR ödənişləri ilə 30 gün gözləmədən ƏDV-ni dərhal geri alın
08.04.2025 14:51

Birbank müştərilərinin həyatını asanlaşdıran yeniliklərlə xidmətini
genişləndirməyə davam edir. Artıq QR ödənişləri ilə alış-veriş edərkən ƏDV
məbləğini 30 gün gözləmədən dərhal geri almaq mümkün olacaq.


Bunun üçün ödənişlər Birbank mobil tətbiqinin skan funksiyasından istifadə
etməklə, eləcə də Birbank kartı ilə həyata keçirilməlidir. ƏDV məbləği isə ödəniş
qəbzi Birbank mobil tətbiqinə əlavə edildikdən dərhal sonra “ƏDV geri al”
balansına əlavə olunacaq. Bu imkan yalnız Birbank və PAŞA Bank-a məxsus POS
terminallarda edilən və m10 QR ödənişlərinə şamil edilir.
Qeyd edək ki, “ƏDV geri al” portalında bir istifadəçi gün ərzində maksimum 10,
ay ərzində isə 50 qəbz üzrə ƏDV-nin dərhal qaytarılması imkanından faydalana
bilər. ƏDV-nin dərhal geri alınması hər biri 200 AZN-dən çox olmayan ödənişlərə
şamil edilir.


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3
milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən
ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir.


Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə
xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə
institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə
və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol