• $
  • £

Bakı qaz ixracı üçün Şərq və Cənub bazarlarına yönələ bilər - İlham Əliyev

Bakı qaz ixracı üçün Şərq və Cənub bazarlarına yönələ bilər - İlham Əliyev
09.04.2025 10:56

Avropa İttifaqı Azərbaycandan qaz idxalını davam etdirmək və artırmaq istəyirsə, maliyyələşdirmə siyasətini və uzunmüddətli müqavilələrə yanaşmasını yenidən nəzərdən keçirməlidir. Əks halda, Bakı qaz ixracı üçün Şərq və Cənub bazarlarına yönələ bilər. Bu barədə Prezident İlham Əliyev bildirib. 

“Avropa bazarı qanunvericilik, qaydalar və qiymət baxımından yüksək səviyyəlidir. Amma biz təkcə Qərbə baxmamalıyıq. Şərqə də, Cənuba da baxa bilərik. Bu, Azərbaycanın qaz sənayesinin gələcəyi və Avropanın enerji təhlükəsizliyi üçün vacibdir,” – Əliyev bildirib.

Onun fikrincə,  2022-ci ildə Aİ qaz tədarükünün artırılmasını istədikdən sonra, Azərbaycan tədarükü 2021-ci ildəki 8 milyard kubmetrdən 2024-cü ildə 13 milyard kubmetrə qədər artırıb. Bu artım Xorvatiya da daxil olmaqla daha çox ölkəni əhatə edib. Lakin əlavə tədarük yalnız maliyyə məhdudiyyətləri aradan qaldırıldıqdan sonra mümkün ola bilər.

“Enerji layihələrimizin hamısı – istər neft, istər qaz – 70% borc, 30% korporativ maliyyə əsasında həyata keçirilib. Avropa institutları bu modelə qayıtmalıdır,” –  o bildirib.

Prezident əlavə edib ki, karbon neytrallığı hədəfləri ilə enerji reallıqları arasında uçurum var. 

 “Əgər siz 2050-ci ildə karbon neytral olacağınızı deyirsiniz, amma məndən qaz istehsalına sərmayə qoymağımı istəyirsinizsə, o qaz hara gedəcək?”,   o deyib.

Əliyev bildirib ki, Azərbaycanın qazı hazırda 12 ölkəyə, onlardan 10-u Avropada, 8-i Aİ üzvüdür. Xorvatiya və Albaniya bu şəbəkəyə qoşulub, Albaniyada qazlaşdırma layihəsi artıq razılaşdırılıb, Bolqarıstanda isə müzakirə edilir.

O həmçinin Azərbaycanın yaşıl enerji sahəsində də paralel iş apardığını və Qara dəniz vasitəsilə Rumıniyaya 4 GW-lıq yaşıl enerji kabeli layihəsinin başladığını qeyd edib.

“Avropa Komissiyası reallığı görməlidir. Qafqazı sevimlilərə və sevmədiklərinə bölmək əvəzinə, əsl tərəfdaş kimi davranmalıdırlar. Biz buna hazırıq,” –  Əliyev fikrini tamamlayıb.

 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol