• $ 1.7
  • € 1.8412
  • ₽ 1.8889
  • ₺ 0.0466
  • £ 2.1943

Azərbaycan dünyada 81-ci yerdədir

Azərbaycan dünyada 81-ci yerdədir
29.05.2020 05:01
«The Heritage Foundation» təşkilatı dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik «İqtisadi Azadlıq İndeksi - 2014» hesabatını («2014 Index of Economic Freedom») açıqlayıb.«APA-Economics»in xəbər verdiyi kimi, hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 178 ölkə arasında 81-ci yerdə qərarlaşıb. İqtisadi Azadlıq İndeksi müxtəlif göstəricilər əsasında hesablanır. Hesabata əsasən, Azərbaycan iqtisadi azadlıq səviyyəsinə görə 100 ballıq qiymətləndirmə sistemi ilə 61,3 bala malikdir. Son bir ildə Azərbaycanın göstəricisi 1,6 bal artıb. Nəticədə, Azərbaycan ilk dəfə olaraq «Orta azad» (Moderately Free) ölkələr qrupuna daxil edilib ki, bu da hesabat müəlliflərinin fikrincə, ölkədə həyata keçirilən əhəmiyyətli iqtisadi islahatların nəticəsidir.Hesabatda bildirilir ki, 80,2-100 bal iqtisadiyyatın tam azad, 70,7-78,7 bal – əsasən azad, 60,0-69,9 bal - orta azad, 50,0-59,9 bal - əsasən azad olmayan, 1,0-49,9 bal isə iqtisadiyyatın təzyiq altında olduğunu göstərir. Azərbaycan büdcə azadlığı üzrə 88,1 bal, pul siyasəti azadlığı üzrə 78,8 bal, əmək azadlığı üzrə 77,9 bal, ticarət azadlığı üzrə 77,2 bal, biznesin azadlığı üzrə 73,5 bal, dövlət xərcləri üzrə 64,8 bal, investisiya azadlığı üzrə 60,0 bal, maliyyə azadlığı üzrə 50,0 bal, korrupsiyadan azadlığı üzrə 22,7 bal və mülkiyyət hüquqları üzrə 20,0 bal toplayıb.Budəfəki hesabata Honkonq (90,1 bal) başçılıq edir. Sonrakı yerlərdə Sinqapur (89,4 bal), Avstraliya (82,0 bal), İsveçrə (81,6 bal), Yeni Zelandiya (81,2 bal) və Kanada (80,2 bal) qərarlaşıb.Hesabatda post-sovet ölkələri arasında ən yüksək göstərici Estoniyaya məxsusdur (11-ci yer). Qeyd edək ki, Gürcüstan 22-ci, Türkiyə 64-cü, İran 173-cü yerdə qərarlaşıb. İqtisadi azadlıq sahəsində ən pis vəziyyət isə Şimali Koreya (1,0 bal, 178-ci yer), Kuba (28,7 bal, 177-ci yer) və Zimbabvedə (35,5 bal, 176-cı yer) müşahidə olunur.Ümumiyyətlə, siyahıda haqqında məlumat olan ölkələrin 6-da iqtisadiyyat tam azad, 28-də əsasən azad, 56-da orta azad, 61-də əsasən azad olmayan, 27-də iqtisadiyyat təzyiq altında olduğu göstərilir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
İqtisadiyyat 15:48
"Startap" şəhadətnaməsi almış KOB-ların sayı açıqlanıb
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
İqtisadiyyat 14:48
Unibank bir günlük “Komissiyasız çərşənbə” aksiyası keçirir
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
İqtisadiyyat 14:38
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirdi!
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
İqtisadiyyat 14:33
Azərbaycana gələn turistlərin sayı açıqlanıb
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
İqtisadiyyat 14:27
Bank Respublika Qəbələ şəhərində yeni filialını açdı!
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
İqtisadiyyat 13:11
Pirallahı Sənaye Parkında istehsal edilən məhsulun həcmi açıqlanıb
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 11:31
Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb
İqtisadiyyat 10:52
Ölkədə sosial sığorta haqları üzrə daxilolmalar artıb

Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol