• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Fransa prezidentinin məşuqəsi hamilədir - FOTO

Fransa prezidentinin məşuqəsi hamilədir - FOTO
15.01.2014 11:25
Fransa prezidenti, 59 yaşlı Fransua Ollandın aktrisa, 41 yaşlı Jüli Qaye ilə "eşq macərası"nın yeni təfərrüatları bəlli olub.Milli.Az Le Monde-a istinadən bildirir ki, aktrisa ana olacaq. O, hamiləliyin 4-cü ayındadır."Yelisey Sarayındakı mənbələrin verdikləri məlumatlara görə, Jüli Qaye hamilədir. Bunu M6 telekanalının jurnalisti də təsdiqləyib", - Le Reel qəzetinin Twitter-dəki profilində bildirilir.Olland və onun məşuqəsi bu məlumatı şərh etməyiblər.Fransa prezidenti Fransua Ollandın qeyri-rəsmi nikahda olduğu xanımı, 48 yaşlı Valeri Trierveyler də durumla bağlı heç bir açıqlama verməyib.Yelisey Sarayında keçirdiyri mətbuat konfransında F.Olland şəxsi həyatı ilə bağlı jurnalistlərin suallarına cavab verməkdən imtina edib."Xanımımla münasibətlərimdə çətin dövr yaşanır. Hər insanın həyatında çətin situasiyalar olur. Amma prinsipim belədir ki, şəxsi həyatla bağlı məsələlər fərdi qaydada həll olunmalıdır. Ona görə indi şəxsi həyatımla bağlı məsələləri müzakirə etməyin vaxtı və yeri deyil", - Fransua Olland deyib.Bundan başqa, Fransa prezidenti qeyri-rəsmi nikahda olduğu xanımının statusunu fevralın 11-də ABŞ-a rəsmi səfərinədək müəyyənləşdirəcəyini bildirib.Səfərdə Ollandı məhz V.Trierveylerin müşayiət etməsi gözlənilir.Ərinin ona aktrisa ilə xəyanət etməsindən xəbər tutandan sonra ağır depressiyaya qapılaraq xəstəxanaya düşən Valeri Trierveyler çox böyük qalmaqala rəğmən F.Ollandı bağışlamağa hazırdır. Fransua Olland və Jüli Qaye arasındakı eşq macərası barəsində Closer jurnalı yanvarın 10-da 7 səhifəlik araşdırma dərc etmişdi.Olland da bu "macəra"nı jurnal satışa çıxandan bir neçə saat əvvəl Trierveylerlə söhbətində etiraf edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Dünya 23:46
İranda etiraz aksiyalarında ölənlərin sayı 500-ü keçib, üç günlük matəm elan olunub
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Dünya 23:19
Böyük Britaniya Kiyevə “Nightfall” ballistik raketləri verəcək
Almaniya Kansleri Hindistana səfər edib
Dünya 22:12
Almaniya Kansleri Hindistana səfər edib
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Dünya 21:27
İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
Dünya 19:55
Ukrayna Xəzərdə "Lukoyl"un qazma qurğularını vurub
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Dünya 19:30
İsrail Livandakı “Hizbullah” hədəflərini vurub
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Dünya 19:00
Almaniya XİN rəhbəri ABŞ-da BMT-nin baş katibi ilə görüşəcək
Pezeşkian xalqa müraciət edib
Dünya 17:32
Pezeşkian xalqa müraciət edib
İranda 60 saatdan çoxdur internet yoxdur
Dünya 15:23
İranda 60 saatdan çoxdur internet yoxdur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol