• $
  • £

I rübdə Azərbaycanda orta illik inflyasiya 5,6% təşkil edib

I rübdə Azərbaycanda orta illik inflyasiya 5,6% təşkil edib
10.04.2025 12:41

2025-ci ilin birinci rübündə Azərbaycanda orta illik inflyasiya 5,6% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Ərzaq məhsulları, içkilər və tütün məmulatları 5,7%, xidmətlər 7,8%, qeyri-ərzaq malları isə 2,7% bahalaşıb.

Mart ayında inflyasiya fevralla müqayisədə 0,6% olub. Ərzaq məhsullarının qiyməti 1,2%, qeyri-ərzaq məhsulları 0,1%, xidmətlər isə 0,2% artıb.

Ən çox bahalaşan məhsullar sırasında balıq, süd məhsulları, bitki yağları, meyvə, tərəvəz, qoz-fındıq, qəhvə, içməli su və siqaretlər olub. Un, yumurta, göyərti və xiyar ucuzlaşıb. Qeyri-ərzaq məhsulları arasında tikinti materialları, mebel və zinət əşyaları bahalaşıb, texnika – o cümlədən televizor və mobil telefonlar isə bir qədər ucuzlaşıb.

2025-ci ilin martında illik inflyasiya (ötən ilin mart ayı ilə müqayisədə) 5,9% təşkil edib. Ərzaq məhsullarının qiyməti 6,5%, xidmətlər 7,5%, qeyri-ərzaq malları 2,8% artıb.

2024-cü ildə orta illik inflyasiya 2,2% olub. 2025-ci il üçün inflyasiya proqnozu isə 4,6% təşkil edir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol