• $
  • £

AZAL Bakıdan Milana gündəlik reyslər həyata keçirəcək

AZAL Bakıdan Milana gündəlik reyslər həyata keçirəcək
10.04.2025 13:24

“Azərbaycan Hava Yolları” (AZAL) mayın 13-dən etibarən Bakı–Milan–Bakı marşrutu üzrə gündəlik uçuşlara başlayacaq. Bu barədə AZAL prezidenti Samir Rzayev İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko ilə görüş zamanı bildirib.

Aprelin 1-dən bu istiqamətdə həftəlik reyslərin sayı artıq altıya çatdırılıb.

Görüşdə tərəflər hava nəqliyyatı sahəsində əməkdaşlığın genişləndirilməsi və yeni imkanların dəyərləndirilməsi məsələlərini müzakirə ediblər. Uçuşların artırılmasının Azərbaycan və İtaliya arasında iqtisadi, turizm və mədəni əlaqələrin inkişafına töhfə verdiyi vurğulanıb.

Səfir Di Canfrançesko 2026-cı ildə İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarını xatırladaraq, bu dövrdə hava əlaqələrinin əhəmiyyətini xüsusi qeyd edib.

2024-cü ildə AZAL Bakı–Milan–Bakı marşrutu üzrə 252 reys yerinə yetirib və 67 708 sərnişin daşıyıb. 2025-ci ilin ilk üç ayında isə bu istiqamətdə 67 reys həyata keçirilib, 15 236 sərnişin daşınıb.

Tərəflər, həmçinin yeni istiqamətlərin açılması, ortaq təşəbbüslər və regional inteqrasiya imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol