• $
  • £

Azərbaycan sığortaçıları xalis mənfəətini 2,7 % artırıb

Azərbaycan sığortaçıları xalis mənfəətini 2,7 % artırıb
10.04.2025 13:33

Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkətinin 2024-cü ildə ümumi gəlirləri 1 milyard 362,32 milyon manat təşkil edib ki bu da  2023-cü illə müqayisədə 21,9 % çoxdur.

Eyni dövrdə şirkətlərin ümumi xərcləri 25,9 % artaraq 1 milyard 177,87 milyon manata çatıb. 11 şirkətin həm gəlirləri, həm də xərcləri artıb.

2024-cü ilin sonunda sığorta sektorunun ümumi maliyyə mənfəəti 184,46 milyon manat olub. Bu da əvvəlki illə müqayisədə 1,4 % çoxdur. 9 şirkət maliyyə mənfəətini artırıb, 6 şirkətdə isə azalma qeydə alınıb. 1 şirkətdə maliyyə zərəri azalıb.

Sığorta şirkətləri 2024-cü ildə ümumilikdə 32,75 milyon manat məbləğində mənfəət vergisi ödəyib ki, bu da 2023-cü illə müqayisədə 4,1 % azdır. 9 şirkət vergi ödənişini artırıb, 5-i azaldıb, 2 şirkət isə ardıcıl iki il vergi ödəməyib.

Hesabat ilində sığortaçılar ümumilikdə 151,7 milyon manat xalis mənfəət əldə edib ki, bu da 2023-cü illə müqayisədə 2,7 % çoxdur. Maliyyə mənfəətini artıran 9 şirkət xalis mənfəətini də artırıb, 6 şirkətdə isə hər iki göstərici azalıb. Maliyyə zərəri azalmış 1 şirkətin xalis zərəri də azalıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol