Bakıda fəaliyyət göstərən taksi sürücülərinin 70%-dən çoxunun kredit borcu var - STM

Sosial Tədqiqatlar Mərkəzinin taksi fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusuna görə hazırda taksi xidmətində çalışanların 70,5%-nin kredit borcu var.
Taksi fəaliyyəti ilə məşğul olanların 45.6%-i istifadə etdiyi avtomobilin şəxsi mülkiyyəti, 3.8%-i ailə üzvünə, yaxud yaxınına məxsus olduğunu bildirib. 20.0%-i avtomobilin lizinq, yaxud kreditdə olduğunu, 30.5%-i gündəlik, yaxud aylıq icarə formasında istifadə etdiyini deyib.
Sorğuda iştirak edənlərin 69%-i bu fəaliyyətlə 5 ildir məşğul olduğunu açıqlayıb.
İştirak edən sürücülərin 72,5% bu işlə əlavə iş kimi və 8 saata qədər məşğul olduğunu söyləyib.
İştirakçı sürücülərin 69%-i bu işlə 8 saatdan çox məşğul olduğunu bildirib.
Sorğu Bakı və Abşeron daxil olmaqla 390 sürücünün nəticələrini əhatə edib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 