• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla baş çatdı

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi
uğurla baş çatdı
11.04.2025 17:14

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn
layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək bazarına
qazandırılmasına da töhfə verir. Bu istiqamətdə dəstək göstərilən layihələrdən biri də
Azərbaycan Biznes Keys yarışmasıdır. Gənclərə biznes dünyasında rəqabətqabiliyyətli
olmaları üçün real təcrübə qazandıran layihənin final mərhələsi yekunlaşdı. Layihə ABŞ
Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyi tərəfindən, Birbank-ın da dəstəyi ilə həyata
keçirilib.


Layihənin final mərhələsi ADA Universitetində baş tutub. Tədbirin açılışında İctimai
birliyin İdarə Heyətinin sədri Nəzrin Quliyeva çıxış edərək layihənin məqsədi və gənclərə
təqdim etdiyi imkanlar barədə məlumat verib. Kapital Bank-ın direktor müavini Şakir
Məmmədyarov isə öz çıxışında bankın gənclərin şəxsi və peşəkar inkişafına yönəlmiş
fəaliyyətindən danışıb. “Bu yarışma tələbələrə nəzəri biliklərini praktikaya çevirmək
fürsəti verir. Universitetdə öyrənilən iqtisadi modellər, idarəetmə strategiyaları və analiz
metodları burada canlı şəkildə tətbiq olunur. Tələbələr artıq təkcə nəzəriyyə ilə
kifayətlənmir, real biznes problemləri üzərində düşünür, qərar verir və bu qərarların
nəticələrini analiz edirlər. Eyni zamanda bu yarışma tələbələrin özünü ifadə bacarığını,
təqdimat qabiliyyətini inkişaf etdirir. Biz isə ölkənin ən böyük işəgötürən şirkətlərindən
biri olaraq peşəkar, bacarıqlı və hazırlıqlı gənclərin iş dünyasına qatılmasının tərəfindəyik.


Elə buna görə də bu kimi layihələrə dəstək olur, gənclərin yanında yer alırıq”.
Daha sonra final mərhəsinə vəsiqə qazanmış dörd komanda təqdim olunan tapşırıqlar
üzərində hazırladıqları biznes həllərini münsiflər heyətinə və tədbir iştirakçılarına təqdim
edib. Komandalar real biznes problemlərinə analitik və strateji yanaşma göstərərək
innovativ təklifləri ilə seçiliblər.


Münsiflərin qiymətləndirməsinin ardından yarışmanın qalibləri bəlli olub. 3-cü yerə və
2000 AZN pul mükafatına Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edən “Team
14” sahib olub. Universitetin daha bir təmsilçisi “Team 20” isə yarışmanın 2-cisi adına və
4000 AZN pul mükafatına sahib olub. Gərgin mübarizənin qalibi adını və 8000 AZN pul
mükafatını isə ADA Universitetinin “Team 16” komandası qazanıb.


Qeyd edək ki, yarışmaya bu ilin yanvar ayında start verilib. Ümumilikdə 91 komanda
iştirak üçün müraciət edib, onlardan 26 komanda ilkin mərhələləri keçərək Biznes
Akademiyası və ABCC sessiyalarına qatılıb. Yarımfinala vəsiqə qazanan 16 komanda
arasından yalnız 4 komanda final mərhələsinə yüksəlib.


Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox
aktiv istifadəçisi olan mobil tətbiqi,119 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən

böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci
bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir.
Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul
və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //birbank.az/ saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə
bilərsiniz.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
İqtisadiyyat 15:53
Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
İqtisadiyyat 15:53
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
İqtisadiyyat 12:20
Geri qaytarılmayan büdcə ssudaları Təminat Fondu hesabına ödəniləcək
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:34
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
İqtisadiyyat 07:30
Xəzər ölkələri yeni lokomotivə çevrilir - TƏHLİL
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
İqtisadiyyat 19:58
Kapital Bank liderləri Money 20/20 Europe forumunda və beynəlxalq təcrübə mübadiləsində iştirak etdilər
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
İqtisadiyyat 18:57
Birbank Bahar lotereyasının qalibləri bəlli oldu
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:00
Azərbaycan nefti ucuzlaşıb
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
İqtisadiyyat 17:10
Yelo Bank əlilliyi olan uşaqlar və gənclər üçün inklüziv idman tədbiri keçirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol