• $ 1.7
  • € 1.9326
  • ₽ 2.04
  • ₺ 0.0447
  • £ 2.2282

Axtarışda olan 4 nəfər Azərbaycana ekstradisiya edilib

Axtarışda olan 4 nəfər Azərbaycana ekstradisiya edilib
11.04.2025 20:26

"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşları Orucov Emil Mayıl oğlu, Ələkbərov Babək Faiq oğlu, Qurbanov Baloğlan Yaşar oğlu və Məmmədov Vaqif Elyaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.Bu barədə Azərbaycan Baş Prokurorluğundan bildirilib.

Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Həmçinin, 10.12.2024-cü il tarixində Qazax rayonu ərazisində, dövlətlərarası axtarışda olduğu üçün saxlanılmış Gürcüstan vətəndaşı Vakhtang Kurtanidzenin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu ilin ilk iki ayında 570 əkiz, 33 üçəm doğulub
Cəmiyyət 11:05
Bu ilin ilk iki ayında 570 əkiz, 33 üçəm doğulub

İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 10:39
İrandan Azərbaycana PUA-ilə narkotik keçirilməsinin qarşısı alınıb
Ölkə əhalisinin sayı açıqlanıb
Cəmiyyət 10:30
Ölkə əhalisinin sayı açıqlanıb
Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Cəmiyyət 23:42
Bir neçə avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyənləşib
Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edilib – MƏHKƏMƏ
Cəmiyyət 23:15
Köçəryanın azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarını təbliğ etməsi ifşa edilib – MƏHKƏMƏ
Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır - XƏBƏRDARLIQ
Cəmiyyət 23:03
Bank kartları ilə əlaqəli zənglər, mesajlar bloklanmalıdır - XƏBƏRDARLIQ
Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olunub
Cəmiyyət 22:40
Əvəz Zeynallının azadlığa buraxılması üçün Prezidentə müraciət olunub
Gəncədə qidadan zəhərlənənlərin sayı artıb - Yenilənib
Cəmiyyət 20:18
Gəncədə qidadan zəhərlənənlərin sayı artıb - Yenilənib
Astarada itkin düşən məktəbli tapılıb - Yenilənib
Cəmiyyət 19:53
Astarada itkin düşən məktəbli tapılıb - Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol