• $ 1.7
  • € 1.9817
  • ₽ 0.022074
  • ₺ 0.04
  • £ 2.2664

AŞPA prezidentinin Azərbaycan əleyhinə iddialarını qətiyyətlə rədd edirik - XİN

AŞPA prezidentinin Azərbaycan əleyhinə iddialarını qətiyyətlə rədd edirik - XİN
12.04.2025 08:30

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosun “Alpha News” qəzetinə müsahibəsi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi iddiaları qətiyyətlə rədd edir və pisləyirik.Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurası Parlament Assambleyasının prezidenti Teodoros Rusopulosun Azərbaycan əleyhinə qəbuledilməz fikirlərinə dair şərhində bildirib.

“Avropa Şurası nizamnaməsinin pozulması, AŞPA tərəfindən səlahiyyətlərin aşılması nəticəsində Azərbaycan əleyhinə addımdan sonra belə, Azərbaycan tərəfinin dialoqa açıqlığını nümayiş etdirməsinə baxmayaraq, Rusopulos, Şvabe və onlar kimi bir sıra şəxslərin davamlı şəkildə ölkəmizin beynəlxalq hüquqa və ədalətə söykənən mövqeyinə kölgə salmağa çalışdıqları məlumdur.

AŞPA bu illər ərzində ikili standartlar əsasında apardığı anti-Azərbaycan siyasəti ilə Azərbaycan xalqının haqlı nifrətini qazanıb.

Ölkəmizin rəhbərini təhqir etmək, “diktator” adlandırmaq isə ümumiyyətlə heç bir çərçivəyə sığmır, siyasi mədəniyyətsizlik və nadanlıqdır. Assambleyada hazırkı isterik vəziyyət və onun başında duran diktator Rusopulos AŞPA-dakı acınacaqlı vəziyyətin təzahürüdür. Eyni vəziyyət, Avropa Parlamentində də mövcuddur” , - Ayxan Hacızadə deyib.

O bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları ilə bağlı mövqeyimizə gəldikdə, Azərbaycanın məhkəmənin hakimlərinin seçimlərində iştirak etmədiyi nəzərə alınmaqla, onların qəbul etdiyi qərarların Azərbaycan tərəfindən icra olunmasını tələb etmək absurddur. Bu şəraitdə, məhkəmənin qərarlarının yerinə yetirilməsi mümkün deyil:

“Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması barədə ədalətsiz və hüquqi cəhətdən suallar doğuran təşəbbüsü dəstəkləyən 76 nəfər AŞPA üzvü kimi, Teodoros Rusopulosun da adı qara siyahıya daxil edilib. Rusopulos Azərbaycana soxularsa, rədd ediləcəkdir”.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 17:09
Prezident sərəncam imzalayıb
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Siyasət 16:40
Növbəti 4 ildə 21 yeni peşə məktəbi tikiləcək - Prezidentdən sərəncam
Əli Kərimli həbsdə qaldı
Siyasət 15:22
Əli Kərimli həbsdə qaldı
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Siyasət 14:55
Gələn ilin dövlət büdcəsi dekabrın 9-da təsdiqlənəcək
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Siyasət 12:17
Nazir: Azərbaycanda əməkhaqqı və pensiyalar əhəmiyyətli dərəcədə artıb
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Siyasət 00:28
Ceyhun Bayramov Kaya Kallasla görüşüb
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Siyasət 20:18
Almaniya Kansleri İlham Əliyevə zəng edib
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Siyasət 20:16
Azərbaycan-NATO əməkdaşlığı müzakirə edilib
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Siyasət 19:46
Ceyhun Bayranov Norveç XİN rəhbəri ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol