Bakıda yol qəzası baş verib,xəsarət alan var - Video

Bu gün səhər saatlarında paytaxtda yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, metronun “Koroğlu” stansiyasının yaxınlığında “JAC” markalı, 90 YD 571 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “MAN” markalı yük maşını toqquşub.
Hadisə nəticəsində taksidə olan qadın sərnişin xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.