• $
  • £

Kiyev Türkiyədə Rusiya ilə görüşün keçiriləcəyini təkzib edib – Yenilənib

Kiyev Türkiyədə Rusiya ilə görüşün keçiriləcəyini təkzib edib – Yenilənib
13.04.2025 23:31

Ukraynanın xarici işlər naziri Andriy Sibiha aprelin 15-i və 16-da Türkiyədə keçiriləcəyi deyilən Qara dənizdə təhlükəsizlik üzrə Rusiya ilə danışıqların planlaşdırılmadığını açıqlayıb.Bu barədə TSN-in aparıcısı Alla Mazur bildirib.

“Andriy Sibiha bildirib ki, belə bir görüş planlaşdırılmayıb”, – jurnalist vurğulayıb.

Daha əvvəl “CNN Türk” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazmışdı ki, 15-16 aprel tarixlərində Ankarada Hərbi Dəniz Qüvvələri komandanlığının qərargahında Qara dənizdə sülhün qorunması məsələsi ilə bağlı Rusiya və Ukrayna nümayəndələrinin görüşü keçiriləcək.

Bununla yanaşı, “TRT Haber” görüşdə müəyyən xarici dövlətlərin “hərbi nümayəndələrinin” də iştirak edəcəklərini bildirmişdi.

17:02

Rusiya və Ukrayna nümayəndələri aprelin 15-16-da Türkiyədə görüşəcəklər.Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər Ankarada bir araya gələcəklər.

“Aprelin 15-16-da Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının qərargahında Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələləri ilə bağlı toplantı keçiriləcək. Xarici ölkələrin hərbi nümayəndələrinin iştirakı ilə Qara dənizdə sülhün qorunması üçün hərbi planlaşdırmanın dəniz aspekti müzakirə olunacaq”, - məlumatda vurğulanıb.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Dünya 20:45
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
Dünya 20:09
Stubb və Tramp NATO ilə bağlı məsələləri müzakirə ediblər
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Dünya 19:40
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Dünya 18:39
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Tramp: İran ABŞ-dan atəşkəs istəyib
Dünya 17:51
Tramp: İran ABŞ-dan atəşkəs istəyib
İranın zərbələri nəticəsində BƏƏ-də yaralananların sayı açıqlanıb
Dünya 17:18
İranın zərbələri nəticəsində BƏƏ-də yaralananların sayı açıqlanıb
Lukaşenko: Belarus müharibə istəmir, amma buna hazırlaşır
Dünya 15:03
Lukaşenko: Belarus müharibə istəmir, amma buna hazırlaşır
Bakıdakı yeni plastik cərrahiyyə klinikası işə başlayıb
Dünya 13:49
Bakıdakı yeni plastik cərrahiyyə klinikası işə başlayıb
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol