• $
  • £

Birinci rübdə Avropaya ixrac edilən qazın həcmi açıqlanıb

Birinci rübdə Avropaya ixrac edilən qazın həcmi açıqlanıb
14.04.2025 12:06

2025-ci ilin yanvar-martında ölkədə neft-kondensat hasilatı 6,9 milyon ton, ixraca nəql edilən həcmlər isə 5,7 milyon ton olub. Bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.

“Bu ilin 1-ci rübündə operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 6,9 mln. ton, ixraca nəql edilən həcmlər isə 5,7 mln. ton olub. Ötən ay 12,6 mlrd. kubmetr qaz hasil edilib. 6 mlrd. kubmetr qaz isə ixrac olunub”, - paylaşımda bildirilib.

Cari ilin yanvar-martında təxminən Avropaya 3 milyard kubmetr, Türkiyəyə 2,3 milyard kubmetr, Gürcüstana isə 0,7 milyard kubmetr qaz ixrac olunub. Bu dövrdə TANAP-la Türkiyəyə 1,4 milyard  kubmetr qaz nəql edilib.

Azərbaycan qazının Avropaya tədarükü Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 2020-ci ilin sonunda başlayıb.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir və 2027-ci ilin sonunadək 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulub.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
İqtisadiyyat 09:49
"Azeri Light" neftinin qiyməti 128 ABŞ dollarını keçib
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol