• $
  • £

Aİ Qələbə Paradına qatılacaq ölkələrə xəbərdarlıq edib

Aİ Qələbə Paradına qatılacaq ölkələrə xəbərdarlıq edib
14.04.2025 21:31

Mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək Aİ-yə üzv ölkələr və İttifaqa qoşulmaq istəyən ölkələr ciddi nəticələrlə üzləşəcəklər.Bunu Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mətbuat konfransında bildirib.

“Bir çox nazirlər bildiriblər ki, Aİ 9 Mayı qeyd etmələri üçün Moskvaya səfərləri ciddi qəbul edir, bunun nəticələri olacaq. Biz bunu onlara açıqladıq”, - Kallas deyib.

O, qeyd edib ki, Avropa İttifaqına üzv olmağa namizəd olan ölkələr paradda iştirakdan çəkinmək barədə göstərişlər alıblar. Kallas vurğulayıb ki, Qələbənin 80 illiyinin Rusiyada qeyd olunması Brüsseldə ciddi reaksiyaya səbəb olur.

Aİ diplomatik xidmətinin rəhbəri Moskvaya getmək əvəzinə Avropa liderlərini Kiyevə dəstək nümayiş etdirmək üçün mümkün qədər tez-tez Ukraynaya səfər etməyə çağırıb. Eyni zamandao bildirib ki, Brüssel bu cür səfərlərin konkret hərbi yardım vədləri ilə müşayiət olunmasına üstünlük verir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Dünya 20:45
Livanda eskalasiya başlayandan bəri ölənlərin sayı 1 300 nəfəri ötüb
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Dünya 19:40
Müctəba Xameneinin səhhəti yaxşıdır, ictimaiyyət qarşısına çıxacaq
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Dünya 18:39
Putin və Paşinyan arasında danışıqlar başlayıb
Tramp: İran ABŞ-dan atəşkəs istəyib
Dünya 17:51
Tramp: İran ABŞ-dan atəşkəs istəyib
İranın zərbələri nəticəsində BƏƏ-də yaralananların sayı açıqlanıb
Dünya 17:18
İranın zərbələri nəticəsində BƏƏ-də yaralananların sayı açıqlanıb
Lukaşenko: Belarus müharibə istəmir, amma buna hazırlaşır
Dünya 15:03
Lukaşenko: Belarus müharibə istəmir, amma buna hazırlaşır
Bakıdakı yeni plastik cərrahiyyə klinikası işə başlayıb
Dünya 13:49
Bakıdakı yeni plastik cərrahiyyə klinikası işə başlayıb
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
Dünya 09:28
Tramp İrana qarşı əməliyyatla bağlı xalqa müraciət edəcək
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Dünya 00:04
İsrail Fransa ilə hərbi ticarəti dayandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol