• $
  • £

Azərbaycanda kredit portfelində gecikməli kreditlərin payı azalıb

Azərbaycanda kredit portfelində gecikməli kreditlərin payı azalıb
15.04.2025 11:34

Azərbaycanda kredit portfelində gecikməli kreditlərin payı 3.6 faizdən 3.4 faizə enib, restrukturizasiya olunan kreditlərin payı isə 3.6 faizdən 4 faizə yüksəlib. Bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirub. 

“Bu artım əsasən fraqmental xarakter daşıyıb və bəzi banklar tərəfindən yeni kreditlərin verilməsi hesabına baş verib. Mərkəzi Bank bunun sistemli dəyişiklik əlaməti ola biləcəyini bildirir”, -Mahmudzadə deyib. 

Sahələr üzrə kredit risklərinə baxıldıqda, ənənəvi olaraq üstünlük verilən sahələrdə gecikmə səviyyəsi azalmağa davam edir. Yalnız bir sektorda cüzi artım – təxminən 5 milyon manat həcmində qeydə alınıb ki, bu da sistemli risk hesab edilmir.

İstehlak kreditləri üzrə əhalinin borc yükü 15.8 faizdən 18 faizə yüksəlib. Kreditləşmənin daha sürətli artması bu göstəriciyə təsir göstərib. Xüsusilə “Verde” kampaniyası çərçivəsində borclanma əhəmiyyətli dərəcədə artıb. Aylıq borc yükü 45 faizdən aşağı olan əhali qrupu üzrə kredit artımı daha çox olub.

“Mərkəzi Bank bu riskləri nəzərə alaraq yaxın aylarda yeni tənzimləmə tədbirlərinin tətbiqini planlaşdırır. Hazırda aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır”, - Mahmudzadə deyib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol