• $
  • £

Ölkədə aqrar sektor böyüyüb

Ölkədə aqrar sektor böyüyüb
15.04.2025 11:41

2025-ci ilin yanvar-martında ölkədə 1 milyard 602 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib.  Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 13 % artaraq 91,5 milyon manata, heyvandarlıq məhsullarının dəyəri isə 1,2 % artaraq 1 milyard 510 milyon manata çatıb.

Ölkədə yaz-tarla işləri aparılır. Bu ilin yanvar-mart aylarında 122,2 min hektar sahədə və ya ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % çox yazlıq bitkilərin səpini aparılıb.

Cari ilin üç ayında Azərbaycanda  quş əti də daxil olmaqla diri çəkidə 141,6 min ton ət, 502,8 min ton süd, 583,1 milyon ədəd yumurta istehsal edilib, 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,7 %, yumurta istehsalı 2 % artıb, süd istehsalı isə 0,3 % azalıb.

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol