• $
  • £

2024-cü ildə sığorta sektorunun aktivləri 1 milyard manatı keçib

2024-cü ildə sığorta sektorunun aktivləri 1 milyard manatı keçib
15.04.2025 12:05

Azərbaycanda sığorta sektorunun ümumi aktivləri 2024-cü ilin sonuna 1 milyard manatı keçib. Bu barədə Mərkəzi Bankın hesabatında bildirilir. 

Sektorun həm həyat, həm də qeyri-həyat sığortası üzrə əməliyyatlarında artım müşahidə olunur.

Hesabata görə, icbari nəqliyyat vasitələrinin mülki məsuliyyət sığortası üzrə zərərlilik göstəricisi 2023-cü ildə 70%-dən 2024-cü ildə 74%-ə yüksəlib. 

Könüllü avtomobil sığortasında bu göstərici 47%-dən 55%-ə, ümumi sığorta bazarında isə zərərlilik göstəricisi 54%-dən 57%-ə yüksəlib.

Sığorta şirkətlərinin mənfəətində isə müəyyən azalma qeydə alınıb. Mərkəzi Bank bunu sektordan çıxan şirkətlərin fəaliyyətlərinin dayandırılması ilə izah edir. Mövcud şirkətlərin mənfəət göstəriciləri isə artım nümayiş etdirib.

Sektorun cəlb etdiyi kapital həcmi də artaraq 180 milyon manata çatıb. 2022-ci ilin sonunda bu göstərici 176 milyon manat səviyyəsində idi.

2024-cü ildə sığorta sahəsində əsas tənzimləmə tədbirlərindən biri Qlobal Korporativ İdarəetmə Standartlarının tətbiqi olub. Ehtiyatların hesablanması və yerləşdirilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. İlk dəfə olaraq, sığorta şirkətlərinin sistem əhəmiyyətinə dair qiymətləndirmələr aparılıb və ictimaiyyətə açıqlanıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol