• $
  • £

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək

Birbank Biznes-dən regionda yaşayan sahibkarlara dəstək
15.04.2025 12:51

Sahibkarların müxtəlif resurslara çıxışını dəstəkləyən, onlara sürətli və sərfəli maliyyə həlləri təqdim edən Birbank Biznes, bu dəfə regionda yaşayan sahibkarlara dəstək olacaq. Belə ki, Sahibkarlar Günü münasibətilə 26 aprel tarixində Gəncə şəhərində satış yarmarkası təşkil ediləcək. 

Tədbirdə Birbank Biznes mobil tətbiqindən qeydiyyatdan keçən, aktiv olan, eləcə də Gəncə və ətraf regionlarda fəaliyyət göstərən mikro sahibkarlar iştirak edə biləcəklər. Bütün şərtlərə uyğun olan sahibkarlardan təsadüfi yolla seçilənlər yarmarkada heç bir ödəniş etmədən iştirak şansı qazanacaqlar. 

Qeyd edək ki, tədbir 26 aprel 2025-ci il tarixində saat 10:00-dan 22:00-a dək Gəncə şəhəri, Heydər Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”-da baş tutacaq. Tədbirin sonunda iştirakçılar və qonaqlar üçün əyləncəli proqram təşkil ediləcək. 

Birbank Biznes bu təşəbbüslə sahibkarların fəaliyyətini dəstəkləməyi və onların bizneslərinin tanıdılması, inkişafı üçün yeni imkanlar yaratmağı hədəfləyir. Layihə sahibkarların məhsullarını tanıtmaqla yanaşı, həm də onların iqtisadi inkişafını dəstəkləməyə və bir-birlərini tanıyıb yeni əlaqələr qurmalarına yönəlib. Həmçinin, yarmarka regionda müxtəlif biznes sahələrində fəaliyyət göstərən sahibkarların məhsul və xidmətlərini daha geniş auditoriyaya təqdim etmələrini təmin edəcək, iqtisadi əlaqələrin genişlənməsi və rəqabət qabiliyyətinin artırılması üçün də zəmin yaradacaq.

Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə də dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün //birbank.business/ saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol