• $
  • £

Bank Respublika I rübdə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib

Bank Respublika I rübdə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib
15.04.2025 13:02

 

Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri statusunu bir daha təsdiqləyib.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, Bank Respublika ölkənin bank sektorunun liderlərindən biri olduğunu bir daha təsdiqləyib və fəaliyyətinin əsas istiqamətlərində dayanıqlı artım nümayiş etdirib.


Əldə olunan nəticələr müştəriyə yönəlik strategiya, rəqəmsal texnologiyalara aktiv investisiyalar, risklərin effektiv idarə olunması və biznes modelinin şaxələndirilməsi sayəsində mümkün olub.

 

Belə ki, Bank ötən ilin analoji dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə artım nümayiş etdirərək nəzərəçarpacaq müsbət nəticələr əldə edib:

 

2025-ci ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:

  • Aktivlər 6,6% artaraq 2,2 milyard manata çatıb
  • Məcmu kapital 32,4% artaraq 234,6 milyon manata yüksəlib
  • Kredit portfeli 26,3% artaraq 1,5 milyard manata çatıb
  • Xalis faiz gəlirləri 18,4% artaraq 40,93 milyon manat təşkil edib
  • Xalis əməliyyat mənfəəti 7,9% artaraq 18,22 milyon manata çatıb
  • Xalis mənfəət 7,1% artaraq 14,47 milyon manat təşkil edib

 

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı — 9,55% (norma 6,5%)
  • Məcmu kapitalın adekvatlıq əmsalı — 14,07% (norma 12,5%)
  • Leverec əmsalı — 7,00% (norma 5%)


“Birinci rübdə bütün əsas maliyyə göstəriciləri üzrə əldə etdiyimiz artım bizim uzunmüddətli strategiyamızın nəticəsidir. Bu strategiya yeniliklərə, dayanıqlığa və müştərilər tərəfindən yüksək etimadın təmin olunmasına əsaslanır. Biz rəqəmsal həlləri inkişaf etdirməyə və həm pərakəndə, həm də korporativ bankçılıq sahəsində mövqelərimizi möhkəmləndirməyə davam edəcəyik”deyə Bank Respublika-nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

 

Qeyd etmək lazımdır ki, 2025-ci ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.

 

Daha ətraflı məlumatı bankın rəsmi saytında, facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol