• $
  • £

ABB ABA-nın 6 mükafatını qazandı!

ABB ABA-nın 6 mükafatını qazandı!
15.04.2025 15:04

ABB 2024-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının
6 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını
qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Dayanıqlı
bankçılıq üzrə layihələr (ESG)”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının
artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Korporativ sosial
məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”.


Xatırladaq ki, bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi
sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity
2024" (DBM-2024) hesabatının nəticələrinə görə, ABB ötən il müxtəlif meyarlar
əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.


ABB ötən il COP29 tədbirinin əsas bank tərəfdaşı olub. COP29-un “Yaşıl
zonası”ndakı pavilyonunda dayanıqlılıq mövzusunda çoxsaylı tədbirlər keçirib.
Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf
Hesabatını təqdim edib.
ABB 2024-cü ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən
kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlar üçün nəzərdə
tutulmuş və onlara geniş imkanlar yaradan ABB Biz tətbiqini bazara təqdim edib.
Həmçinin rəqəmsal ödənişlər sahəsində innovativ layihələrini davam etdirərək
“ABB – AZAL Miles” kartı kimi məhsullarını müştərilərin istifadəsinə verib.


ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf
mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində
uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə
maarifləndirici layihələr reallaşdırıb, o cümlədən ABB səhmlərinin kütləvi
emissiyası kampaniyasını uğurla həyata keçirib.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol