• $
  • £

Məşhur italyan müğənni Bakıda konsert verəcək

Məşhur italyan müğənni Bakıda konsert verəcək
28.05.2020 21:38
Heydər Əliyev Mərkəzində İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi Alessandro Safinanın konserti keçiriləcək.Mərkəzdən Trend-ə verilən məlumata görə, dünya akademik səhnəsinin məşhurlarından biri Alesandro Safina Bakıda tezliklə təşkil olunacaq ilk konsertində hitə çevrilmiş və müxtəlif ölkələrdə sevilən mahnılarını təqdim edəcək.Heydər Əliyev Mərkəzində təşkil olunacaq musiqi gecəsində müğəninin "Luna", "Besame Mucho" və s. məşhur mahnıları səslənəcək.Özünəməxsus səsi və ifa tərzi ilə seçilən, mahnıları və musiqi albomları şöhrət qazanan italiyalı tenor Alessandro Safina 1963-cü il oktyabrın 14-də Siena şəhərində anadan olub. Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olub və Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etməyə başlayıb.1989-cu ildə o, ilk dəfə Mantova şəhərində "Concorso Lirico Internazionale" müsabiqəsində mükafat qazanıb və bu, ifaçının parlaq karyerasının başlanğıcı olub.Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı "Teatro Bibiena"da, Londondakı "Barbican Hall"-da və digərlərində çıxış edib. Alessandro Safinanın opera yaradıcılığı ilə yanaşı, Sara Braytman, Elton Con, Xose Karreras və digər məşhurlarla birgə çıxışları da şöhrət qazanıb.Alessandro Safina klassik və populyar musiqi janrlarını birləşdirməklə sənətdə "opera roku" adlandırılan yeni üslub yaradıb.O, 1999-cu ildə özündə opera, soul və müzikl elementlərini cəmləşdirən "Insieme a Te" albomunu buraxdırıb. "Luna" sinqlının yer aldığı diski isə dünyada milyonların qəlbini fəth edib.Alessandro Safina müğənniliklə yanaşı, filmlərə də çəkilib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Raziyyə Şirinova vəfat edib
Mədəniyyət 07:58
Raziyyə Şirinova vəfat edib
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
Mədəniyyət 11:40
İncəsənət təhsilində tədris məzmunu yenilənib – nazir
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol