• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Bu çaylardan sel keçir

Bu çaylardan sel keçir
16.04.2025 10:30

Ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur. Gecə saatlarından başlayan güclü yağış, şimşək hazırda davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 31 mm (aylıq normanın 134%-i), Qobustanda 47 mm (aylıq normanın 94%-i), Şabranda 34 mm (aylıq normanın 116%-i), Mingəçevirdə 35 mm (aylıq normanın 102%-i), Yevlaxda 30 mm (aylıq normanın 90%-i), Xaçmazda 29 mm (aylıq normanın 96%-i), Kürdəmirdə 28 (aylıq normanın 81%-i), İsmayıllıda 27 mm (aylıq normanın 26%-i), Qubada 25 mm (aylıq normanın 52%-i), Qusarda 24 mm (aylıq normanın 50%-i), Sabirabadda 24 mm (aylıq normanın 81%-i), Qəbələdə 23 mm (aylıq normanın 22%-i), Ağsuda 21 mm (aylıq normanın 31%-i), Zərdabda 21 mm (aylıq normanın 68%-i), Goranboyda 20 mm (aylıq normanın 64%-i), Göygöldə 17 mm (aylıq normanın 20%-i), Göyçayda 17 mm (aylıq normanın 34%-i), Oğuzda 16 mm (aylıq normanın 16%-i), Gəncədə 16 mm (aylıq normanın 51%-i), Naftalanda 16 mm (aylıq normanın 42%-i), Şəmkirdə 16 mm (aylıq normanın 45%-i), Şamaxıda 15 mm (aylıq normanın 22%-i), Bərdədə 15 mm (aylıq normanın 44%-i), Tərtərdə 15 mm (aylıq normanın 44%-i), Ağstafada 14 mm (aylıq normanın 37%-i), Ağdamda 14 mm (aylıq normanın 29%-i), İmişlidə 14 mm (aylıq normanın 47%-i), Tovuzda 13 mm (aylıq normanın 34%-i), Şəkidə 13 mm (aylıq normanın 14%-i), Biləsuvarda 11 mm (aylıq normanın 32%-i), Neftçalada 10 mm (aylıq normanın 30%-i), Zaqatala, Lənkəran, Balakən, Sədərək, Lerik, Şərur, Şahbuz, Naxçıvan, Ceyrançöl, Astara, Xocalı, Yardımlı, Füzuli və Ordubadda 1-8 mm-dir.   

Yağan intensiv leysan xarakterli yağışlar nəticəsində aprelin 16-sı səhər saatlarından başlayaraq Şabran rayonu ərazisindən keçən Gilgilçaydan və Quba rayonu ərazisindən keçən Qudyalçaydan sel keçir.

Dağlıq ərazilərdə qar yağıb. Yağan qarın hündürlüyü Xınalıqda 37 sm, Qrızda 30 sm, Qusarda 17 sm, Altıağac, Xaltan, Gədəbəy, Kəlbəcər, Laçın, Şuşa, Daşkəsəndə 1-5 sm olub.  

Güclü şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 34 m/s, Altıağacda 19 m/s, Şamaxı, Naftalanda 18 m/s, Qubada 16 m/s-yə çatıb.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3 metrdir. 

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8, Naxçıvan MR-da 3, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda isə  3 dərəcəyədək şaxta qeydə alınıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərsun Holdinq” mükafata layiq görülüb
Cəmiyyət 15:33
Azərsun Holdinq” mükafata layiq görülüb
Apreldəki qeyri-sabit hava mayda da davam edəcək
Cəmiyyət 14:20
Apreldəki qeyri-sabit hava mayda da davam edəcək
Laçında tikiləcək yeni anbardan Bakıya da su ötürüləcək
Cəmiyyət 14:02
Laçında tikiləcək yeni anbardan Bakıya da su ötürüləcək
Selin dağıtdığı körpü bərpa olunur
Cəmiyyət 13:57
Selin dağıtdığı körpü bərpa olunur
Sabahın havası açıqlanıb
Cəmiyyət 12:46
Sabahın havası açıqlanıb
Şükürbəyli kəndində binaların sökülməsinə 125 min manata yaxın pul xərclənəcək
Cəmiyyət 12:26
Şükürbəyli kəndində binaların sökülməsinə 125 min manata yaxın pul xərclənəcək
Növbəti 15 ailə öz yurduna - Ballıcaya qayıdıb
Cəmiyyət 11:47
Növbəti 15 ailə öz yurduna - Ballıcaya qayıdıb
Vətəndaşlar bundan sonra ərazi polis rəisinə birbaşa müraciət edə biləcək - Video
Cəmiyyət 11:08
Vətəndaşlar bundan sonra ərazi polis rəisinə birbaşa müraciət edə biləcək - Video
2 yaşlı uşaq ağcaqanad dərmanını içərək ölüb
Cəmiyyət 11:06
2 yaşlı uşaq ağcaqanad dərmanını içərək ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol