• $ 1.7
  • € 1.9308
  • ₽ 2.0666
  • ₺ 0.0447
  • £ 2.2463

92 avtobusun hərəkətində ləngimə var - AYNA

92 avtobusun hərəkətində ləngimə var - AYNA
16.04.2025 11:26

Bakıda intensiv yağış nəticəsində bəzi yollarda nəqliyyatın hərəkətində müvəqqəti çətinliklər yaranıb, 16 küçə və prospektdəki tunel və yollarda su yığılması səbəbindən 92 marşrut üzrə avtobusların hərəkətində ləngimələr müşahidə olunur.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Heydər Əliyev prospektinin əsas hərəkət hissəsi (tunel), Müzəffər Nərimanov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsi, tunel), Xəlil Rza Ulutürk küçəsi (metronun “Ulduz” stansiyası istiqamətində), Sabunçu dairəsi (Sabunçu bazarının yanı), Asif Əsədullayev küçəsi (Sabunçu qəsəbəsi, tunel), Binə, Qala, Mərdəkan, Şüvəlan qəsəbələrindən metronun “Koroğlu” stansiyası istiqamətində, Zabrat dairəsi, Polad Həşimov küçəsi, Ziya Bünyadov prospekti Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən “Çermet” körpüsünədək, Qara Qarayev və Babək prospektləri, Rüstəm Rüstəmov küçəsi, Gəncə prospekti (hər iki istiqamətdə), Binəqədi və Bakı-Sumqayıt şoselərində marşrut avtobuslarının hərəkəti çətinləşib.

Bəzi ərazilərdə avtobusların hərəkət sxemi dəyişdirilərək alternativ yollarla təşkil edilib.

Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi və məhdudiyyətlər olduğu üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Zakir Həsənov Hulusi Akarla görüşüb
Cəmiyyət 15:28
Zakir Həsənov Hulusi Akarla görüşüb
Binəqədidə saxta alkoqollu içkilər aşkarlanıb
Cəmiyyət 15:10
Binəqədidə saxta alkoqollu içkilər aşkarlanıb
Ağsuda güclü sel ekskavatoru aparıb - 1 ölü, 3 yaralı/Yenilənib
Cəmiyyət 14:26
Ağsuda güclü sel ekskavatoru aparıb - 1 ölü, 3 yaralı/Yenilənib
Bağırov körpüsü açılıb - Yenilənib
Cəmiyyət 14:23
Bağırov körpüsü açılıb - Yenilənib
Fərhad Əhmədovun lüks avtomobillərinə məhkəmə qərarı ilə həbs qoyulub
Cəmiyyət 13:59
Fərhad Əhmədovun lüks avtomobillərinə məhkəmə qərarı ilə həbs qoyulub
Sabah yağış tədricən kəsəcək
Cəmiyyət 13:01
Sabah yağış tədricən kəsəcək
Aprelin 20-i keçiriləcək buraxılış imtahanında 53649 şagird iştirak edəcək
Cəmiyyət 11:48
Aprelin 20-i keçiriləcək buraxılış imtahanında 53649 şagird iştirak edəcək
Zəka Mirzəyev DSMF-nin sədri təyin edilib
Cəmiyyət 11:38
Zəka Mirzəyev DSMF-nin sədri təyin edilib
92 avtobusun hərəkətində ləngimə var - AYNA
Cəmiyyət 11:26
92 avtobusun hərəkətində ləngimə var - AYNA
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol