Azərbaycanın Baş Qərargah rəisi Slovakiyada səfərdədir

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Daniel Zmekonun dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Səfərin ilk günü Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.
Kərim Vəliyevin slovakiyalı həmkarı general-leytenant Daniel Zmeko ilə görüşündə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra general-polkovnik Vəliyev Slovakiya müdafiə nazirinin müavini cənab Martin Voytaşoviç ilə görüşüb.
Tərəflər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparıblar.
Son xəbərlər
Daha çox 