Sabunçuda tunelə yığılmış su ərazidən kənarlaşdırılıb - Yenilənib

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.Bu barədə FHN-dən məlumat verilib.
Hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.
***
Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir.Bi barədə FHN məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində bir sıra ərazilərdə, o cümlədən Bakı şəhərinin ayrı-ayrı istiqamətlərində, Abşeron, Qobustan və Şamaxı rayonlarında suçəkmə və təxliyə işləri yekunlaşıb.
Əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 19-u uşaq olmaqla ümumilikdə 53 nəfər vətəndaş təxliyə olunub.
Son xəbərlər
Daha çox 