• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub

Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
17.04.2025 12:29

Unibank KB ASC fəaliyyətini beynəlxalq ESG standartlarına uyğunlaşdırmaq və
uzunmüddətli dəyər yaratmaq məqsədilə daha bir vacib addım atıb. Bank Karbon
Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF - Partnership for Carbon Accounting
Financials) qoşulub. Unibank Azərbaycandan bu təşəbbüsə qoşulan ilk bankdır. Bu
tərəfdaşlıq bankın şəffaflığın artırılmasına töhfə verməklə yanaşı, maliyyələşdirilən
emissiyaları ölçmək və iqlim riskləri ilə mübarizəyə təkan vermək üçün imkan yaradacaq.


Unibank KB ASC-nin İdarə Heyətrinin sədri Fərid Abuşov bildirib: “ Bu addım Bankımız
tərəfindən dayanıqlı maliyyə sahəsində atılmış növbəti öncül və nümunəvi addımlarından
biridir. Bu, Bizim dayanıqlılıqla bağlı uzunmüddətli baxışımıza, habelə AR Mərkəzi
Bankının “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi”nə uyğundur. PCAF-a qoşulmaqla, Bank
kreditləşmə fəaliyyətinin karbon izini ölçmək və açıqlamaq öhdəliyi götürür. PCAF-ın qlobal
standartından istifadə şəffaflığı və hesabatlılığı təmin edir. Bu bizə maraqlı tərəflərin
gözləntilərini realizasiya etməyə, ölkənin milli prioritetlərinə və beynəlxalq öhdəliklərə töhfə
verməyə kömək edəcək. Uzunmüddətli davanıqlılıq baxışımıza uyğun olaraq, karbon izinin
qiymətləndirilməsi təcrübəmizi təkmilləşdirmək üçün PCAF-a qoşulmaqdan qürur duyuruq.
PCAF-a qoşulmaqla biz dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa töhfə verməyi
hədəfləyirik”.


Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığı (PCAF) kreditlər və investisiyalar hesabına
maliyyələşdirilən istixana qazı emissiyalarının razılaşdırılmış standartlar üzrə
qiymətləndirmələrini və açıqlamalarını təmin etmək üçün dünya maliyyə inistitutları arasında
əməkdaşlıqdır. Qrup altı qitədən 500-dən çox maliyyə institutu ilə Şimali Amerika, Latın
Amerikası, Avropa, Afrika və Asiya-Sakit okean regionunda sürətlə genişlənir.

Unibank haqqında


Unibank Azərbaycanın ən böyük özəl banklarından biridir. Bank 1992-ci ilin iyul ayında,
ilkin olaraq MBank adı altında, təsis edilib və 2002-ci ilin oktyabr ayının 15-də aparıcı
banklardan olan PROMTEXBANK-la birləşərək, adı “Unibank”a dəyişdirilib. Unibank
müasir bankçılıq texnologiyalarına və yenilikçi məhsullara fokuslanaraq Azərbaycan bank
sektorunda öz yerini möhkəmləndirib. Bank müxtəlif vaxtlarda The Banker və Euromoney
tərəfindən Azərbaycanın Ən Yaxşı Bankı kimi tanınıb. Azərbaycan qiymətli kağızlar
bazarının öncül iştirakçılarından olan “Unicapital” İnvestisiya Şirkətinin 100 %-lik
nizamnamə kapitalı “Unibank”a məxsusdur. Unibank 2021-ci ildə ölkənin ilk yalnız mobil
bankı olan LeoBank-ı istifadəyə verib. 2024-cü ildə bank Azərbaycanın kapital bazarında 20
milyon manatlıq yaşıl istiqrazlar buraxaraq, ölkənin aparıcı maliyyə institutlarından biri kimi
mövqeyini daha da möhkəmləndirib. Ətraflı məlumat üçün: //unibank.az


PCAF haqqında
Karbon Mühasibat Maliyyələri üzrə Tərəfdaşlıq (PCAF) 2019-cu ilin sentyabrında qlobal
miqyasda istifadəyə verilib. Hazırda 500-dən çox maliyyə institutu PCAF təşəbbüsünə
qoşulub. PCAF iştirakçıları öz kreditlərinin və investisiyalarının istixana qazı emissiyalarını

ölçmək və açıqlamaq üçün Maliyyə Sənayesi üçün Qlobal İXQ Mühasibatlığı və Hesabat
Standartını birgə hazırlamaq üçün birlikdə işləyirlər. Ətraflı məlumat üçün
//carbonaccountingfinancials.com ünvanına baxın

Oxşar xəbərlər
Oxşar xəbərlər
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
İqtisadiyyat 14:55
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə artıb
Azərbaycan buğda idxalını artırıb
İqtisadiyyat 14:07
Azərbaycan buğda idxalını artırıb
Доля инвестиций ГНФАР на Ближнем Востоке увеличилась на 0,8%
İqtisadiyyat 12:20
Доля инвестиций ГНФАР на Ближнем Востоке увеличилась на 0,8%
Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub
İqtisadiyyat 11:00
Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
İqtisadiyyat 10:40
ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:07
Əmtəə bazarlarında qızılın qiyməti ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:28
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro və rubl bahalaşıb - Məzənnə
Azərbaycan Mərkəzi Bankı aprelin 18-də repo hərracı keçirəcək
İqtisadiyyat 08:35
Azərbaycan Mərkəzi Bankı aprelin 18-də repo hərracı keçirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol