• $
  • £

ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti

ABB-dən yeni rəqəmsal yığım hesabı və əlavə qazanc fürsəti
18.04.2025 10:40

ABB müştərilərə yığım imkanı və əlavə qazanc fürsəti yaradan daha bir yeni
innovativ məhsulunu təqdim edib. Bu, Bankın “Dama-dama” adlı rəqəmsal yığım
hesabıdır.


Müştərilər ABB mobile tətbiqi vasitəsilə belə bir hesab yaradıb orada
müxtəlif məqsədlər üçün müntəzəm şəkildə kiçik vəsaitlər toplaya, faiz qazancı əldə
edə bilərlər.


“Dama-dama” məhsulu, xüsusən, qarşısına yeni mobil telefon, yaxud başqa
müxtəlif cihazlar, səyahət paketləri, ziynət əşyaları və s. almaq kimi minimal
hədəflər qoymuş şəxslər üçün unikal imkandır. Onlar “Dama-dama” hesablarına hər
gün, hər həftə və ya hər ay kiçik məbləğlər daxil edə bilərlər. Eləcə də onlayn və
POS terminal ödənişləri zamanı məbləği 1 manata, 5 manata, 10 manata qədər
yuvarlaqlaşdırıb əlavə məbləği rəqəmsal yığım hesablarında toplamaq mümkündür.
Bu zaman hədəflərə daha tez çatmaq olacaq.


“Dama-dama” hesabında yığılan vəsaitlərə illik 6% gəlir hesablanır. Faiz
qazancı hər ayın sonunda müştərinin hesabına əlavə olunur. Hesabdakı vəsaiti
istənilən zaman istifadə etmək olar. Rəqəmsal hesab sahibi ABB mobile tətbiqi
üzərindən hesabını rahatlıqla idarə edə bilir.


“Dama-dama” məhsulu gələcəyini planlaşdıran gənclər, o cümlədən gənc
ailələr, kiçik məbləğlərlə yığım etmək istəyənlər, şəxsi maliyyə intizamını
gücləndirməyə çalışanlar, pul yığmaq üçün rahat alət axtaranlar, bir sözlə hər kəs
üçündür.


ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook
səhifəsindən əldə etmək olar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol