• $
  • £

Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub

Qarabağın bu ərazilərinə 30 milyon manat investisiya qoyulub
18.04.2025 11:00

Qarabağın üç bölgəsinə 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub.Bu barədə Report-a  Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib.

O bildirib ki, Xankəndi, Ağdərə, Xocalıda 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq.

Hazırda Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib. 

Ballıca kəndinə 136 ailə, Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə olmaqla 238 sakin, Suqovuşan kəndinə 180 ailə olmaqla 592 sakin köçürülüb. 

2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir.

2024-cü ildə işğaldan azad edilmiş rayonlarda 2575 yeni iş yeri yaradılıb. Bu da əvvəlki illə müqayisədə 2.1 dəfə artıb.

Ötən il  ən çox yeni iş yeri Xankəndidə -702, və Laçında - 471 yeni iş yerləri yaradılıb.

Hesabat dövründə azad edilmiş rayonlarda 380 yeni müəssisə və təşkilat, 3815 yeni fərdi sahibkarlıq subyekti dövlət qeydiyyatından keçib. 

2024-cü ilin altı ayında Qarabağda yaradılan yeni iş yerlərinin sayı 840-a çatıb ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42% çoxdur.

Aytac

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol