• $
  • £

Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq

Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
21.04.2025 19:43

Prezident İlham Əliyevin yeni “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” Sərəncamı bu kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiq edir.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.

Sərəncama əsasən, İkinci Dünya müharibəsində Qələbənin 80-ci ildönümü ilə əlaqədar həmin müharibənin iştirakçılarına 2 500 manat birdəfəlik maddi yardım ödəniləcək.

İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1 250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncamın ümumilikdə 2 469 şəxsə şamil olunacağı gözlənilir ki, onlardan 21-i İkinci Dünya müharibəsi iştirakçılarıdır.

Birdəfəlik maddi yardımların verilməsi üçün Sərəncamla Azərbaycanın 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 22:58
Ceyhun Bayramov iranlı həmkarı ilə telefon danışığı aparıb
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Siyasət 19:52
Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pisləyib
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Siyasət 15:09
Prezident Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
Siyasət 11:49
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
İranın xarici işlər naziri Azərbaycana təşəkkür edib
Siyasət 22:28
İranın xarici işlər naziri Azərbaycana təşəkkür edib
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib
Siyasət 19:00
Hikmət Hacıyev TDT ölkələri rəhbərlərinin köməkçilərinin görüşündə iştirak edib
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Siyasət 17:28
Prezident Dərbənddəki Azərbaycan Teatrının kollektivini təbrik edib
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
Siyasət 16:23
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında telefon danışığı olub
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Siyasət 12:15
İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol