• $
  • £

2025-ci ilin martında ərzaq inflyasiyası 6-7% təşkil edib

2025-ci ilin martında ərzaq inflyasiyası 6-7% təşkil edib
23.04.2025 11:13

Martda Azərbaycanda illik inflyasiya 5,9%, baza inflyasiyası isə 4,5% səviyyəsində formalaşıb. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov məlumat verib.

“Aparılan təhlillər göstərir ki, illik inflyasiya və baza inflyasiyası gözlənilən intervalda qərarlaşıb. Qiymət artımları əsasən ərzaq məhsulları seqmentində müşahidə olunur,” – o qeyd edib.

Ərzaq inflyasiyası martın sonuna 6-7% təşkil edib. Xüsusilə, bəzi məhsullarda qiymət artımı 7,7%-ə qədər yüksəlib.

Taleh Kazımov vurğulayıb ki, Azərbaycanın inflyasiyasına həm xarici, həm də daxili amillər təsir göstərir. Xarici amillər sırasında əsasən ticarət tərəfdaşlarında baş verən inflyasiya və qlobal qiymət artımları xüsusi yer tutur. Qeyri-neft məhsulları üzrə idxal qiymətləri inflyasiyaya əhəmiyyətli təsir göstərib.

“Məsələn, 2024-cü ildə iqtisadi ticarət tərəfdaşlarımızda illik inflyasiya orta hesabla 11% təşkil edib ki, bu da Azərbaycanda 3,86 faiz bəndi həcmində inflyasiya təzyiqi yaradıb,” – sədr əlavə edib.

O, həmçinin qeyd edib ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının satış qiymətləri də artıb. Martın sonuna bu artım 2,88% təşkil edib.

“Dünya iqtisadiyyatında inflyasiya templəri aşağı düşməyə başlasa da, bir çox bazarlarda qiymət dəyişkənliyi davam edir. Bu səbəbdən, Mərkəzi Bank iqtisadi şərtləri yaxından izləməyə və ehtiyac yaranacağı təqdirdə pul siyasətini uyğunlaşdırmağa davam edəcək,” – Taleh Kazımov yekunlaşdırıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol