• $
  • £

Azərbaycanın ticarət tərəfdaşlarındakı inflyasiya ölkə üzrə qiymət artımına təzyiq göstərə bilər - Taleh Kazımov

Azərbaycanın ticarət tərəfdaşlarındakı inflyasiya ölkə üzrə qiymət artımına təzyiq göstərə bilər - Taleh Kazımov
23.04.2025 11:21

Ticarət tərəfdaşlarında müşahidə edilən inflyasiya Azərbaycanın daxili inflyasiya səviyyəsinə artıcı təsir göstərir. Rəsmi proqnozlara əsasən, bu təsir 2025-ci ildə 1,74%, 2026-cı ildə isə 7%-ə yaxın olacaq. Bu  barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kaxımov məlumat verib. 

“Dövlət xərclərinin artımı və istehlak tələbinin yüksəlməsi də inflyasiya təzyiqlərini gücləndirə bilər. 2025-ci il üçün dövlət xərclərində artım proqnozlaşdırılır. Bununla yanaşı, nominal effektiv məzənnənin möhkəmlənməsi 2025-ci ildə inflyasiyanı 1,5%, 2026-cı ildə isə 2,45% azalda bilər”, - Kazımov bildirib. 

Onun sözlərinə görə, İqtisadi artım 2025-ci ildə 3,5%, 2026-cı ildə isə 2,4% səviyyəsində gözlənilir. 

Alternativ ssenarilərə görə, tələbin genişlənməsi ilə 2025-ci ildə 4,0%, 2026-cı ildə isə 4,2% artım baş verə bilər.

Cari ilin birinci rübündə xarici ticarət balansı 2,4 milyard ABŞ dolları təşkil edib. İl sonuna qədər bu göstəricinin 7,3–7,5 milyard dollar səviyyəsində olması gözlənilir.

“Rəsmi proqnozlara baxmayaraq, son aylarda iqtisadi mühitdə dəyişikliklər müşahidə olunub. Yeni iqtisadi alətlər və yanaşmalar tətbiq edilir və bu, inflyasiya və ticarət sahələrinə təsir edə bilər”, - Kazımov bildirib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol