• $
  • £

ABŞ-da faiz artımı Azərbaycana dolayı yolla təsir edə bilər - Mərkəzi Bank

ABŞ-da faiz artımı Azərbaycana dolayı yolla təsir edə bilər - Mərkəzi Bank
23.04.2025 11:50

ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini yüksək səviyyədə saxlaması və ya artırması qlobal bazarlara, dolayısı ilə Azərbaycana da müəyyən təsirlər göstərə bilər. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Birbaşa ABŞ-Azərbaycan ticarət əlaqələri məhdud olduğu üçün birbaşa təsir gözlənilmir. Lakin ABŞ-ın faiz siyasəti Avropa və Asiya bazarlarında qiymət artımına səbəb ola bilər. Bu isə həmin bazarlarda təklifin dəyişməsinə və yeni ticarət marşrutlarının formalaşmasına gətirib çıxara bilər,” – Kazımov bildirib.

Mərkəzi Bank rəhbəri qeyd edib ki, bu kimi dəyişikliklər qlobal ticarət sistemində struktur dəyişiklikləri yarada bilər və bu da Azərbaycanda qiymətlərə dolayı yolla təsir edə bilər.

O, həmçinin bildirib ki, mövcud qeyri-müəyyənliklər və qlobal iqtisadi müzakirələr bu cür təsirlərin ölçülməsini çətinləşdirir.

«Son günlərdə baş verən kommunikasiya və müzakirələr göstərir ki, faiz dərəcələrinin yüksək səviyyədə qalma ehtimalı artır. Bu da qlobal iqtisadi stabillik üçün vacib amildir»,- o bildirib. 

Kazımov əlavə edib ki, bu təsirlərin Azərbaycanda qiymətlərə və ixrac dinamikasına necə əks olunacağını dəqiq demək üçün əlavə zaman və təhlil tələb olunur.

“Biz bu prosesləri izləyirik və müvafiq qiymətləndirmələr aparılır. Hər hansı yeni risklər yarandığı təqdirdə, Mərkəzi Bank öz siyasətini uyğunlaşdırmağa hazırdır,” – sədr vurğulayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol