• $
  • £

Azərbaycanda depozit hesabların sayı 150 minə yüksəlib - Mərkəzi bank

Azərbaycanda depozit hesabların sayı 150 minə yüksəlib - Mərkəzi bank
23.04.2025 12:11

Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi pul siyasəti strategiyasına son dəyişikliklər ölkədə maliyyə sabitliyinin və davamlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir.Bu barədə Mərləzi Bankın rəhbəri Taleh Kazımov məlumat verib. 

“Birincisi, bank sektoruna olan inamın qorunmasıdır. İkincisi isə bəzi siyasət alətlərinin 2022-ci ildən tətbiq olunmasına baxmayaraq, onların təsirinin zamanla ortaya çıxmasıdır”, - o bildirib.

Sədr qeyd edib ki, Mərkəzi Bank tərəfindən istifadə olunan likvidlik təminatı, açıq bazar əməliyyatları və digər alətlər yalnız böhran anlarında deyil, həm də potensial risklərin qabaqlanması məqsədilə həyata keçirilir.

“Mərkəzi Bank bazara müdaxiləni təsadüfi şəkildə etmir. Biz bütün addımları analitik qiymətləndirmələr və risk təhlilləri əsasında atırıq. Banklara likvidlik yalnız real ehtiyac olduqda verilir,” – Kazımov bildirib.

O, bəzi ekspertlərin kreditləşmənin məqsədli şəkildə məhdudlaşdırılması ilə bağlı fikirlərini də təkzib edib

 “Belə yanaşma yanlışdır. Kredit faizlərinin artması daha çox qlobal faktorlarla – xüsusilə ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcələrini artırması ilə bağlıdır. ABŞ-da faizlər 2%-dən 4%-ə qədər artıbsa, təbii ki, bizim banklar da uyğunlaşmalıdır. Bu, bazar iqtisadiyyatının tələbidir,” –  o əlavə edib.

Kazımov bildirib ki, Mərkəzi Bank manatın məzənnəsini süni şəkildə saxlamağı və ya inflyasiyanı istənilən vasitə ilə cilovlamağı hədəfləmir. Əvəzində, faiz dərəcəsi siyasəti və sterilizasiya əməliyyatları ilə manatın dəyərinə yönəlik balanslı yanaşma sərgilənir.

O, eyni zamanda ölkədə institusional əmanət alətlərinə marağın artdığını vurğulayıb. 

“Depozit hesablarının sayı 106 mindən 150 minə yüksəlib. Bu da əhalinin uzunmüddətli yığım alətlərinə inamının artdığını göstərir”, - o deyib. 

Sədr əlavə edib ki, əvvəlki illərdə likvidlik idarəçiliyində və banklar arası bazarda zəifliklər mövcud olsa da, son islahatlar bu sahədə irəliləyişə səbəb olub və maliyyə vasitəçiliyinin dərinləşməsinə şərait yaradıb.

“2022-ci illə müqayisədə bu gün banklar həm pul, həm də qiymətli kağızlar bazarında daha fəal iştirak edir. Bu da ölkənin maliyyə sisteminin sağlam işləməsi üçün vacibdir,” – Kazımov yekunlaşdırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
İqtisadiyyat 17:40
Baş nazir iclas keçirib - müvafiq qurumlara tapşırıqlar verib
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
İqtisadiyyat 14:34
3 ayda vətəndaşlara qaytarılmış ƏDV-nin məbləği açıqlanıb
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
İqtisadiyyat 12:11
Üç ayda dövlət büdcəsinin gəlirləri açıqlanıb - MN
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
İqtisadiyyat 11:49
SOCAR-ın qeyri-neft ixracından gəlirləri azalıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:19
Qızıl bahalaşıb
Rubl və avro bahalaşıb - məzənnə
İqtisadiyyat 09:15
Rubl və avro bahalaşıb - məzənnə
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına
güzəştli kreditlər verəcək
İqtisadiyyat 17:23
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
"Bitcoin" bahalaşıb
İqtisadiyyat 15:10
"Bitcoin" bahalaşıb
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
İqtisadiyyat 14:28
Əliyev:Azərbaycan-Gürcüstan ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşa bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol