• $
  • £

Kredit faizlərində artım bazar amilləri ilə izah olunur, likvidlik problemi yoxdur -Kazımov

Kredit faizlərində artım bazar amilləri ilə izah olunur, likvidlik problemi yoxdur -Kazımov
23.04.2025 12:20

Azərbaycanın  bank sektorunda likvidlik çatışmazlığı müşahidə olunmur və kredit faizlərindəki artım əsasən bazar şərtləri ilə bağlıdır. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. 

Onun fikrincə, hazırda bank sektorunda kifayət qədər likvidlik mövcuddur və bu da məcburi ehtiyat normalarına riayət olunması, eləcə də bankların likvid vəsait cəlbetmə imkanlarının mövcudluğu ilə təsdiqlənir.

“Əgər banklarda ciddi likvidlik çatışmazlığı olsaydı, Mərkəzi Bank kimi bir tənzimləyici qurum müvafiq müdaxilə etməli olardı. Lakin hazırda belə bir vəziyyət yoxdur,” – o vurğulayıb.

Kazımov əlavə edib ki, kredit faizlərindəki artımın əsas səbəbi ABŞ Federal Ehtiyat Sisteminin faiz artımı və qlobal bazarlarda sərt pul siyasəti şəraitində yaranan yeni şərtlərlə bağlıdır: “Faizlər sadəcə inzibati qərarlarla formalaşmır. Onlar həm də bazarda olan təklif-tələb balansı, banklararası rəqabət və hökumət hesablarının davranışı ilə bağlıdır.”

O bildirib ki, hazırda iri banklarda depozit faizləri 5–6% civarındadır, digər banklarda isə bu göstərici 8–9%-ə qədər yüksəlib. 

“Depozit bazarında rəqabət fonunda kredit faizlərində də artım baş verir. Lakin bu artım, kredit aktivliyini tamamilə boğmur,” – Kazımov əlavə edib.

Rəqəmlərlə danışan Mərkəzi Bank sədri bildirib ki, bu il istehlak kreditləri üzrə orta faiz 20%-i ötüb, biznes kreditləri isə 17%-dən çox artım göstərib. 

“Kredit portfeli genişlənməkdə davam edir, bu isə iqtisadi fəallığın qorunduğunu göstərir,” – o deyib.

Kazımov qeyd edib ki, Mərkəzi Bank tərəfindən hər dəfə aparılan qiymətləndirmə nəticəsində faiz artımlarının iqtisadi inkişafı dəstəkləyəcək səviyyədə olması təmin edilir. 

“Simulyasiya modellərimiz göstərir ki, 0.5-0.75 faiz bəndi aralığında dəyişikliklər həm inflyasiyaya təsir baxımından, həm də kreditləşmənin davamlılığı baxımından balanslı nəticə verir,” –  o bildirib.

Sədr həmçinin vurğulayıb ki, hökumət hesablarının davranışı və dövlət vəsaitlərinin bölüşdürülməsi də bankların likvidlik vəziyyətinə təsir edir. “Artıq banklar bu mexanizmlə uyğunlaşır və bu da sistemdə effektivliyi artırır,” – Kazımov əlavə edib. 

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
İqtisadiyyat 09:17
Rubl bahalaşıb, avronun qiyməti dəyişməz qalıb - məzənnə
"Brent" neftin qiyməti 115 dolları ötüb
İqtisadiyyat 08:58
"Brent" neftin qiyməti 115 dolları ötüb
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
İqtisadiyyat 10:44
Azərbaycan neftinin qiyməti 124 dolları ötüb
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
İqtisadiyyat 09:30
Azərbaycan neftinin qiyməti 121 dolları ötüb
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
İqtisadiyyat 14:07
Azərbaycanın nar ixracından əldə etdiyi gəlir açıqlanıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol