• $ 1.7
  • € 1.9811
  • ₽ 0.021216
  • ₺ 0.0394
  • £ 2.284

Suriyada öldürülən azərbaycanlının şəxsiyyəti müəyyənləşdi

Suriyada öldürülən azərbaycanlının şəxsiyyəti müəyyənləşdi
13.01.2014 18:04
 Suriyada dünən öldürülən azərbaycanlının şəxsiyyəti müəyyənləşib.APA-nın araşdırmaları nəticəsində məlum olub ki, dünən Suriyada Azad Suriya Ordusu tərəfindən öldürülən azərbaycanlı mücahid, “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü Sumqayıt şəhər sakini Rəhman Şıxəliyevdir. R. Şıxəliyev uzun illər boksla məşğul olub və 2010-2011-ci illərdə Azərbaycanda keçirilən boks üzrə respublika çempionatlarında yüksək nəticələr əldə edib. O, 2011-ci ildə idmandan uzaqlaşaraq dini qruplaşmalara qoşulub. R. Şıxəliyev əvvəlcə Türkiyəyə, oradan da Suriyaya gedib. Boks Federasiyasının vitse-prezidenti Ağacan Abıyev də APA-ya açıqlamasında Rəhman Şıxəliyevin 2011-ci ilə kimi məşqlərə qatıldığını, sonradan isə idmandan uzaqlaşdığını təsdiqləyib: “Bəli belə bir idmançı olub. Lakin o, 2011-ci ildən idmandan uzaqlaşıb və məşqlərə qatılmayıb. Həmin vaxtdan sonra məşqçilər bir neçə dəfə onunla əlaqə yaratmağa cəhd etsələr də, tapa bilməyiblər”. Qeyd edək ki, dünən “İraq-Şam İslam Dövləti” qruplaşmasının üzvü “Abdurrahman” ləqəbli azərbaycanlı mücahid Azad Suriya Ordusu tərəfindən öldürülüb. “Abdurrahman” ləqəbli azərbaycanlı mücahidin ailəsinin də hazırda Suriyada olduğu bildirilir. Onun Süleyman adında qardaşı da hazırda Suriyada vuruşur. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-ə yaxın azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Cəmiyyət 20:14
Ağdərədə minaya düşən şəxsin son vəziyyəti açıqlanıb - Yenilənib
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Cəmiyyət 18:09
Sabahdan Gəncə-Qəbələ-Gəncə qatarı fəaliyyətə başlayır
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Cəmiyyət 16:43
Xaçmazda 59 yaşlı kişini qatar vuraraq öldürüb
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Cəmiyyət 16:00
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Cəmiyyət 15:30
Oğuzda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 15:19
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Cəmiyyət 14:18
Sabahın havası meteohəssas insanlarda narahatlıq yaradacaq
Sabahın hava proqnozu
Cəmiyyət 12:30
Sabahın hava proqnozu
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:20
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol