• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Azərbaycan Ermənistanı revanşist siyasətdə suçlayıb

Azərbaycan Ermənistanı revanşist siyasətdə suçlayıb
25.04.2025 13:51

Ermənistanla sülh sazişi üzrə danışıqlarda martda razılaşdırılmış mətn üzərində irəliləyiş əldə olunub və hazırda Bakı İrəvandan konkret addımlar gözləyir. Bunu Azərbaycan xarici işlər naziri bildirib.

Nazir bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas ilə Bakıda keçirilən görüşdən sonra məlumat verib. Görüş zamanı tərəflər regional təhlükəsizlik, Cənubi Qafqazdakı vəziyyət və Ermənistanla normallaşma prosesi barədə fikir mübadiləsi aparıblar.

Nazirin sözlərinə görə, Azərbaycan iki ildən artıq müddətdir sülh sazişi təşəbbüsü ilə çıxış edir və bu istiqamətdə danışıqlar prosesinə sadiqdir. Bakı İrəvandan, xüsusilə də Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı olan müddəaların ləğv edilməsini və fəaliyyətsiz Minsk prosesinə dair strukturların hüquqi olaraq aradan qaldırılmasını gözləyir.

Nazir həmçinin Ermənistanın revanşist meyllərinin davam etməsi, sürətli silahlanma prosesi və son günlərdə baş verən hadisələrin regionda gərginliyi artırdığını bildirib. O, Yerevanda keçirilmiş mitinq zamanı Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını, eləcə də oxşar insidentin Parisdə təkrarlanmasını kəskin şəkildə pisləyib və bu əməllərin cinayət kimi qiymətləndirilməsini, qarşısının alınmasını tələb edib.

“Bu, təkcə Azərbaycan və Türkiyə üçün deyil, beynəlxalq ictimaiyyət üçün də utancverici haldır. Biz ümid edirik ki, həmin ölkələrin hakimiyyət orqanları və hüquq-mühafizə strukturları qanunvericiliyə uyğun tədbirlər görəcək”, – nazir bildirib.

Görüşdə həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin geri dönüş prosesi barədə də məlumat verilib. Nazir qeyd edib ki, artıq iki beynəlxalq hava limanı istifadəyə verilib, üçüncü hava limanının isə yaxın zamanda açılması gözlənilir. Qarabağ və Şərqi Zəngəzurda şəhərlər və kəndlər sıfırdan inşa olunur.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Siyasət 14:05
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Siyasət 12:21
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Prezident Əbu-Dabidədir- Fotolar
Siyasət 12:01
Prezident Əbu-Dabidədir- Fotolar
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Siyasət 09:51
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək
Siyasət 13:02
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək

Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 12:12
Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol